Siyasət

Azərbaycan MN ilə Türkiyənin Baş Qərargahı arasında protokol imzalandı — FOTOLAR

İyunun 4-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, müdafiə sənayesi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Görüşün sonunda […]

Media

MŞ beynəlxalq media qurumlarına müraciət etdi

Azərbaycan Mətbuat Şurasının adından beynəlxalq media qurumlarına və beynəlxalq təşkilatlara müraciət hazırlanıb. XəbərAl.az xəbər verir ki, müraciətdə deyilir: “2021-ci il iyun ayının 4-də Azərbaycan Televiziyasının (AzTV) operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Daha bir mülki şəxsin həlak olduğu, […]

Ölkə

Gələn həftədən Azərbaycanda “Pfizer” vaksininin tətbiqinə başlanılacaq

Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. XəbərAl.az birgə məlumatı təqdim edir: Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam etməkdədir. İyun ayının 7-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar “Pfizer” vaksinindən də […]

Siyasət

Ombudsman Kəlbəcərdə şəhid olan jurnalistlərlə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb. XəbərAl.az xəbər verir ki, bəyanatda deyilir: “Rəsmi mənbələrdən bildirilən məlumata əsasən Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində […]

Region

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda!

Bütün ölkə ərazisində şəbəkəsinin əhatə dairəsini daim genişləndirən “Nar” işğaldan azad edilmiş bölgələri də öz şəbəkəsi ilə təmin etməkdədir. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Cəbrayıl rayonunda 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsi istiqamətində “Qarabağ planı” çərçivəsində “Nar” […]

Xarici siyasət

İsrail prezidenti: “Azərbaycan vacib və yaxın tərəfdaşımız, həm də dost və müttəfiqimizdir”

İsrail Dövlətinin Prezidenti Reuven Rivlin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. XəbərAl.az xəbər verir ki, mətndə deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə İsrail xalqı və Dövləti adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram. Azərbaycan Respublikası İsrail Dövlətinin vacib və yaxın tərəfdaşı olmaqla yanaşı, həm də dostu […]

Gündəm

Kəlbəcərdə həlak olmuş media işçilərinə şəhid statusu veriləcək

“Həmkarlarımız – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AZTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək həlak olması hamımızı sarsıtdı. Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır”. XəbərAl.az xəbər verir ki, bunu Əmək və Əhalini Sosial Müdafiəsi nazirliyinin sözçüsü Fazil Talıbov bildirib. […]

Cəmiyyət

Qeydiyyatda olmayan xəstələrə “COVID-19 pasportu” verilməyəcək — RƏSMİ

“Koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi ilə “COVID-19 pasportu” ala bilməzlər”. XəbərAl.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə deyib. “COVID-19 pasportu” yalnız son 6 ayda virusa yoluxmuş və PCR testi ilə təsdiqlənmiş, “COVID-19 sertifikatı” isə peyvənd vurduran şəxslərə verilir”, – o bildirib. XəbərAl.az

Gündəm

Etdikləri çəkilişlər öz dillərindən… — VİDEO

Bu gün Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov bir müddət öncə AzTV-yə müsahibə veriblər.   XəbərAl.az xəbər verir ki, jurnalist Məhərrəm İbrahimov çıxışında bildirib ki, onlar işğaldan azad olunan kəndlərə daxil olaraq ev-ev, küçə-küçə çəkilişlər aparırlar: “Məktəbləri, sosial obyektlərin hamısını bir-bir lentə alırıq. […]

Araşdırma

“Azərbaycan Nəşriyyatı”nda yoxlamalara başlanıldı – RƏSMİ AÇIQLAMA

Hesablama Palatası Azərbaycan Dövlət Nəşriyyatında yoxlamalara başlayıb. Xəbəral.az xəbər verir ki, nəşriyyatın direktoru Ağabəy Əsgərov saytlara açıqlamasında bildirib ki, Hesablama Palatasının yoxlamalar aparmaqda tam səlahiyyəti var.  Yoxlamaların aparılmasında qeyri-qanuni heç nə yoxdur, sadəcə təqvim yoxlamalarıdır. Xəbəral.az