Gündəm

Türkiyə səfirliyi Kəlbəcərdə həlak olanlarla bağlı başsağlığı verdi

Türkiyənin Azərbaycandakı Səfirliyi Kəlbəcərdə mülki şəxslərin minaya düşərək həlak olmasına münasibət bildirib. XəbərAl.az xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində paylaşım edilib. “Bu gün Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Susuzluq kəndi nümayəndəsi Arif Əliyevə Allahdan rəhmət, kədərli ailələrinə və Azərbaycan mediasına başsağlığı, yaralılara şəfalar diləyirik”, […]

Xarici siyasət

Sahibə Qafarova: “Ermənistan mina xəritələrini vermir, sərhəddə təxribatlar törədir”

Pakistanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. Azərbaycan parlamentinin nümayəndə heyətini ehtiramla qarşılayan Pakistan Senatının Sədri Məhəmməd Sadiq Sancrani ölkələrimiz arasında tarixən formalaşmış və Azərbaycanın müstəqilliyi dövründə daha da möhkəmlənmiş əlaqələrdən söz […]

AKTUAL

ATƏT Kəlbəcərdə jurnalistlərin faciəli ölümü ilə bağlı bəyanat yaydı

ATƏT bu gün Kəlbəcərdə mülki şəxslərin, o cümlədən, iki media işçisinin minaya düşərək şəhid olması ilə bağlı bəyanat yayıb. “XəbərAl.az” xəbər verir ki, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro Məhərrəm İbrahimovun (Əlioğlu) və operator Sirac Abışovun ölümü ilə bağlı narahatlığını və kədərini ifadə edib: “Yayılan məlumatlara görə, “Azərtac” və AzTV-də işləyən iki jurnalist bu […]

Siyasət

“Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” – Mehriban Əliyeva

“Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım”. “XəbərAl.az” xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva instaqram hesabında […]

Siyasət

Ermənistan minalanmış ərazilərin xəritələrini dərhal verməlidir — Müdafiə Xətti

Müdafiə Xətti hüquq- müdafiə təşkilatı iyunun 4-də iki jurnalistin və bir dövlət qulluqçusunun minaya düşərək həlak olması ilə bağlı bəyanat yayıb. Susuzluq kəndi Ermənistanla sərhəddən, müxtəlif dövrlərdə fəal hərbi əməliyyatlar aparılan ərazidən 10-12  kilometr aralıda yerləşir. Odur ki, bu ərazidə mina basdırılması heç bir halda hərbi əməliyyatlarla əlaqələndirilə bilməz. “Ermənistan tərəfi dəfələrlə olunmuş müraciətlərə məhəl […]

Hadisə

Kəlbəcərdə minaya düşərək şəhid olan vəzifəli şəxs sabah dəfn ediləcək

Media nümayəndələri ilə birgə minaya düşərək şəhid olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev sabah dəfn ediləcək. Bu barədə “Report”un Qərb Mərkəzinə Kəlbəcər Rayon Icra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev 2012-ci ildən bu vəzifədə çalışıb. “Susuzluq […]

Gündəm

Prezidentin köməkçisi beynəlxalq təşkilatları Kəlbəcərdəki hadisəni pisləməyə çağırdı

AZTV və “Azərtac”ın jurnalistləri Kəlbəcərdən qoşunlarını çıxararkən ermənilər tərəfində qəsdən basdırılan minanın qurbanı olublar. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində bildirib. O, beynəlxalq təşkilatları bu insidenti qınamaqda həmrəylik göstərməyə çağırıb. H.Hacıyev Sirac Abışov və  Məhərrəm İbrahimova Allahdan rəhmət diləyib. XəbərAl.az

AKTUAL

Avropa Şurası komissarından ərazilərin minalardan təmizlənməsinə – Çağırış

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç tvitter hesabında bu gün Kəlbəcərdə media mənsublarının minaya düşərək şəhid olmaları ilə bağlı paylaşım edib. “XəbərAl.az”ın xəbərinə görə, o bildirib ki, münaqişənin təsirinə məruz qalmış ərazilər təcili olaraq minalardan təmizlənməlidir. “Kəlbəcərdə ikisi media mənsubu olmaqla, üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən mina partlayışı […]

Media

Medianın İnkişafı Agentliyi şəhid jurnalistlərlə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb. XəbərAl.az bəyanatı təqdim edir: İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin  (AzərTAC-ın) müxbiri Məhərrəm İbrahimovun və daha bir mülki vətəndaşımızın minaya düşərək həlak olması, bir neçə nəfərin yaralanması Ermənistanın terrorçu əməllərinin növbəti […]

Bölgə

Media nümayəndələrinin şəhid olduğu ərazidən yeni görüntülər — VİDEO

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Baku TV media nümayəndələrinin şəhid olduğu ərazidən görüntüləri əldə ediblər.  Hadisə yerindən yeni görüntüləri təqdim edirik: XəbərAl.az