Xarici siyasət

Rəsmi Bakıdan Fransa və Kanadaya xəbərdarlıq

“Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi tvitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir. Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi. Hərbi […]

Ölkə

Sabah hava buludlu olacaq

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. […]

Şou-Biznes

Nura Suri qabırğalarını çıxartdırdı

Müğənni Nura Suri estetik əməliyyat etdirib. “XəbərAl.az” xəbər verir ki, ifaçı bu barədə “10-da görüşək” proqramına qonaq olarkən məlumat verib. Sənətçi qeyd edib ki, ideal görünmək üçün qabırğalarını çıxartdırıb: “Gözəl olmaq üçün əziyyət çəkməlisən. İndi də idman zalları yoxdur. Bu yaxınlarda qabırğalarımı çıxartdırmışam. İndi belimin ölçüsü 60 sm-dir. Bundan başqa, bədənimə əlavə bəzi prosedurlar da […]

Siyasət

AVRO-2020-nin kuboku Prezidentə təqdim olundu – Fotolar

Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib. “XəbərAl.az” xəbər verir ki, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib. UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə “Anri Delone kuboku” da adlandırılan bu kubok turnirin […]

Gündəm manset

Mehdiabad qəsəbəsindəki 5 nömrəli tam orta məktəbin direktor otağında pul davası-Video

Bakıda orta məktəbdə qalmaqallı hadisə baş verib. İşə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gələrək, direktorla mübahisə etməyə başlayıb. XəbərAl.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsindəki 5 nömrəli Tam orta məktəbdə baş verib. Direktor Samirə Əkbərovaya işə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gəlib, onunla mübahisə etməyə başlayıb. Mübahisə direktorun […]

Kriminal

Yevlaxın İcra başçısının imarətində asılmış meyit AŞKARLANDI

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub. Mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib. Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu […]

manset

Xalq artisti Arif Quliyev vəfat edib

Xalq artisti Arif Quliyev dünyasını dəyişib. Bu barədə onun yaxınları sosial şəbəkələrdə bildiriblər. Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu. Xəbəral.az xəbər verir ki, Arif Quliyev 1950-ci il mayın 16-da anadan olub. 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun “Dram və kino […]