Hüquq

Azərbaycanda xanım vəkilin şok fırıldağı – Müdafiə etdiyi şəxslə evləndi və…

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğulları Rahib və Emin Hüseynov qardaşları bir neçə ildir həbsdədir. Hər iki qardaşın həbsinin səbəbləri və Arif Əsgərovun oğlu Elnarın bu cinayət işlərində iştirakı barədə geniş yazılar dərc etmişdik. İndi həmin işlərin davamı olaraq maraqlı və olduqca ilginc yenilik ortaya çıxıb. Hüseynov qardaşlarından […]

Gündəm

Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub. “Report”un əldə etdiyi məlumata görə, bu vəzifə “ASAN Radio”da aparıcı-redaktor vəzifəsində çalışan Ruslan Zeynala həvalə edilib. Xatırladaq ki, o, uzun illər “ASAN Radio”da və bir sıra televiziya kanallarında çalışıb. XəbərAl.az

Araşdırma

Milyonlarını kürəkəninə və qudalarına həvalə edən rektor — ARAŞDIRMA

Index.az oxucularını yerli bankların və onların sahiblərinin qazancı barədə məlumatlandırmağa davam edir. Növbəti araşdırmamızın qəhrəmanları Muğan Bank və 2005-2015-ci illər ərzində Milli Məclisin deputatı olmuş Əhməd Vəliyevdir. “Muğan Bank”ın məhz Əhməd Vəliyevə məxsus olması az qala hər kəsə məlumdur. Hərçənd, bankın rəsmi səhmdarları keçmiş deputatın qızı, kürəkəni və qudalarıdır. Səhmdar kapitalının 66.17%-nə nəzarət edən Elmir […]

AKTUAL

Yeni rəis kimdir?

Xəbər verdiyimiz kimi, bu gün dövlət başçısının sərəncamı ilə Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.  “XəbərAl.az” xəbər verir ki, son təyinatına qədər M. Eynullayev müxtəlif vəzifələrdə çalışıb. 46 yaşlı xidmət rəisi əmək fəaliyyətinə 1998-ci ildən başlayıb. O, 2002-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial  […]

Sosial

Mətin Eynullayev Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi oldu

Prezident İlham Əliyev Mətin Balasən oğlu Eynullayevi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edib. “XəbərAl.az” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib. Qeyd edək ki, 1975-ci il təvəllüdlü M. Eynullayev müxtəlif illərdə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, vergilər […]

İqtisadiyyat

Prezident onu rəis təyin etdi

Orxan Faiq oğlu Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib. “XəbərAl.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Orxan Faiq oğlu Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib. XəbərAl.az

Sosial

“Maska və sosial məsafə məcburidir”

“Vaksinasiya olunmaq heç də digər qorunma vasitələrindən imtina etmək anlamına gəlməməlidir”. “XəbərAl.az” xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.  O bildirib ki, maska rejimi, sosial məsafə və digər gigiyenik qaydalar məcburidir: “Bu, bizim sağlamlığımız üçün zəruridir”.  XəbərAl.az

Ölkə

Bayram tətilində heç bir məhdudiyyət olmayacaq – Rəsmi

“Qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq”. “XəbərAl.az” xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib. O bildirib ki, yalnız ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq: “Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıdır”. Qeyd edək ki, Ramazan bayramı günlərində ictimai nəqliyyat işləməyəcək. Nazirlər Kabinetinin qərarı ilə 9 may […]