Siyasət

“Türkiyə və Azərbaycanın təsir imkanları artdı və artacaq”

“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi […]

Sosial

Leyla Əliyeva Qızılağac Milli Parkında – Fotolar

Aprelin 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib. “XəbərAl.az” xəbər verir ki, milli parkın ərazisi, zəngin fauna və florası ilə tanış olan Leyla Əliyeva daha sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə sahilyanı və dəniz qoruqları daxil olmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin […]

İqtisadiyyat

Prezident büdcədən 1 milyon 391 min ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  “XəbərAl.az” xəbər verir ki, sərəncamda deyilir: 1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il […]

Araşdırma

Cavid Qurbanovun ilginc manevri… – İDDİA

Bir müddət əvvəl yerli KİV-də Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun da Avropada biznesi olması barədə yazı dərc edildi. Araşdırmanı jurnalist Cavanşir Həsənli paylaşmışdı. “Keçmiş nəqliyyat nazirinin müavini, sabiq baş dəmiryolçu Arif Əsgərovun Slovakiyada oğullarının adına açdığı ELUREL TRANS S.R.O. şirkəti (Qeydiyyat nömrəsi: 36804576. Qeydiyyat ünvanı: Pezinská 185, 902 01 Vinosady) barədə […]

Asiya

Türkiyə 2 yerli koronavirus dərmanı buraxacaq

Türkiyə bu ilin avqust ayında koronavirusun müalicəsində istifadə olunacaq iki yerli dərman preparatını kütləvi istifadəyə buraxacaq. “XəbərAl.az” xəbər verir ki, bu barədə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri Həsən Mandal açıqlama verib. “Bunlardan biri Ankara Universitetində hazırlanmış, digəri isə Bahçeşehir Universitetində hazırlanmış bir dərmandır. Bu dərmanların mövcud müalicə metodlarından daha təsirli olduğunu müşahidə […]

Xarici siyasət

Prezident Türkiyə və Serbiyanın yeni səfirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edib. “XəbərAl.az” xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.  ***Bundan başqa dövlət başçısı bu gün Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib. XəbərAl.az

Siyasət

Ulu öndərin azərbaycançılıq ideologiyası bundan sonra da qüdrətli olacaq

Böyük tarixi şəxsiyyətlər yaşadığı illərdə də, sonrakı dövrlərdə də sonrakı tarixin cığırdaşı olur. Dünyəvi proseslər təsdiqləyir ki, böyük tarixi şəxsiyyətlər tarix yaratmır, tarixin istiqamətini mənsub olduğu xalqın mənafeyinə yönəltməyə də qadirdir. İyirminci əsrin siyasət fenomeni Heydər Əlirza oğlu Əliyev belə tarixi şəxsiyyət idi. Bəşəriyyət duyurdu, görürdü, bilirdi və inanırdı ki, böyük tarixi şəxsiyyətlər ömrünü milli-xəlqi […]

AKTUAL

Bu gündən Azərbaycanda “AstraZeneca”nın tətbiqinə başlanılır

Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyinə qarşı İngiltərənin Oxford Universitetinin istehsalı olan “Vaxzevria” (istehsalçı şirkət “AstraZeneca”) vaksininin tətbiqinə başlanılır. “XeberAl.az” xəbər verir ki, peyvənd ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə vurulacaq. Peyvəndin Bakı şəhəri və 6 regionda – Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiqi nəzərdə tutulub. Bunun üçün tibb müəssisələrində xüsusi otaqlar […]

Şou-Biznes

Mətanət İsgəndərli koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim koronavirusa yoluxub. Bu barədə Sənətçinin keçmiş gəlini Canana məlumat verib. Onun sözlərinə görə, beş gün əvvəl qayınanası və eks-ərində “COVID-19” aşkarlanıb: “Beş gün əvvəl yoluxublar. Əvvəl evdə müalicə alırdılar. Dünən Mətanət xanımın halı pisləşdi. Bronxlarında problem var, boğulmalar baş verir. Kərimlə əlaqə saxladım, mənə dedi ki, təcili tibbi […]

Kriminal

Maral, eşşək fermaları, “TIR” parkı… – Onları rayona sanki icra başçısı yox, fermer təyin etmişdilər…

Xəbər verdiyimiz kimi bir müddətdir ki, Dövlət Təhlükəsizlik Xidməti korrupsioner icra başçılarına qarşı əməliyyat keçirir.Bu günə kimi Biləsuvar, Cəlilabad, Neftçala, Ağstafa, Zərdab, Yevlax rayonun sabiq icra başçıları həbsdədir. Bir neçə gün öncə isə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov korrupsiya faktlarına görə həbs edildi.Neftçala rayonun sabiq icra başçısı İsmayıl Vəliyev həbs ediləndən bir neçə gün sonra […]