Şou-Biznes

Mətanət İsgəndərli koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Sharing is caring!

Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim koronavirusa yoluxub. Bu barədə

Sənətçinin keçmiş gəlini Canana məlumat verib.

Onun sözlərinə görə, beş gün əvvəl qayınanası və eks-ərində “COVID-19” aşkarlanıb:

“Beş gün əvvəl yoluxublar. Əvvəl evdə müalicə alırdılar. Dünən Mətanət xanımın halı pisləşdi. Bronxlarında problem var, boğulmalar baş verir. Kərimlə əlaqə saxladım, mənə dedi ki, təcili tibbi yardım çağıraraq xəstəxanaya aparıblar. Dodaqları göyərib, vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Kərimin isə hərarəti 39-a çatır, o da xəstəxanadadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir