Hadisə

Vəzifəli şəxs intihar etdi

Bakıda intihar hadisəsi baş verib. “Report”un xəbərinə görə, “Azərsu” ASC-nin əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı iş yerində – Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar edib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. XəbərAl.az

Region

“İskəndər” raketləri Şuşanın iki ərazisində aşkarlanıb

“Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları Şuşa şəhəri istiqamətində iki ərazidə aşkarlanıb”. XəbərAl.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov Bakıda raketlərin qalıqlarının nümayiş etdirilməsi zamanı deyib. O qeyd edib ki, raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat […]

Siyasət

Ombudsman Milli Məclisdə hesabat verir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb. XəbərAl.az xəbər verir ki, məruzəni İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva təqdim edir. Məruzədən sonra deputatlar məsələni müzakirə edəcəklər. XəbərAl.az

Ölkə

Aprel şəhidlərinin xatirəsi yad edilir – Video

Məlum olduğu kimi, bu gün Aprel döyüşlərinin başlamasından 5 il ötür.  XəbərAl.az xəbər verir ki, II Fəxri xiyabanda Aprel şəhidlərinin xatirəsi yad edilib. Mərasimdə Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin zabit heyəti, şəhidlərin hərbçi yoldaşları, yaxınları, eləcə də yerli icra hakimiyyətlərinin rəhbər nümayəndələri iştirak ediblər. Aprel döyüşləri zamanı Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən həlak […]

Müharibə

Bakıda “İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir — FOTOLAR

Bu gün Bakıda Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları təqdim edilir. XəbərAl.az xəbər verir ki, “İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur. Qeyd edək ki, ANAMA 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində minaların təmizlənməsi […]

Sosial

Pensiyaçılar və işsiz vətəndaşlar da icbari tibbi sığorta haqları ödəyəcəklər – RƏSMİ

2024-cü ildən pensiyaçılar və işsiz vətəndaşlar da icbari tibbi sığorta zərfindən istifadə üçün icbari tibbi sığorta haqları ödəyəcəklər. XəbərAl.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Agentlikdən qeyd edilib ki, 2024-cü ildən sonra bu şəxslərin zərfdən istifadəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada tənzimlənəcək. Bununla bağlı icra mexanizmləri də hazırlanacaq. “Tibbi sığorta […]

AKTUAL

Azərbaycan Ordusunun Aprel qələbəsindən 5 il ötür

Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən beş il ötür. XəbərAl.az-ın məlumatına görə, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi ardıcıl pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb.  Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan […]