Ölkə

Aprel şəhidlərinin xatirəsi yad edilir – Video

Sharing is caring!

Məlum olduğu kimi, bu gün Aprel döyüşlərinin başlamasından 5 il ötür. 

XəbərAl.az xəbər verir ki, II Fəxri xiyabanda Aprel şəhidlərinin xatirəsi yad edilib. Mərasimdə Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin zabit heyəti, şəhidlərin hərbçi yoldaşları, yaxınları, eləcə də yerli icra hakimiyyətlərinin rəhbər nümayəndələri iştirak ediblər.

Aprel döyüşləri zamanı Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən həlak olan pilotlar – mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov II Fəxri xiyabanda dəfn edilib.

Xiyabandan videonu təqdim edirik:

https://www.facebook.com/watch/?v=934126724022199

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir