Müharibə

Ordumuzun əsgəri minaya düşərək şəhid oldu — FOTO

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub. XəbərAl.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Səhman Musayevin yaxınları məlumat verib. Tərxis olunmasına bir ay qalmış əsgərin yaxınları onun Füzuli istiqamətində minaya düşdüyünü bildirir. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir. Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Müdafiə Nazirliyindən […]

Hadisə

Baş həkimin qızının ölüm səbəbi bilindi — FOTO

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub. Bu barədə “Report”a onun yaxınları məlumat verib. Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından dünyasını dəyişib. Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.

Gündəm

Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür

Bu gün Şuşa fatehi, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin doğum günüdür. Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla […]

Hadisə

Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tanınmış ürək-damar cərrahı Kamran Musayevə ağır itki üz verib. XəbərAl.az-ın xəbərinə görə, sosial şəbəkələrin yaydığı məlumatda görə, professor K.Musayevin 20 yaşlı qızı Dilay Musayeva ürəktutmasından vəfat edib.  Məlumata görə, D.Musayeva Türkiyədə ali təhsilini davam etdirirdi.

Bölgə

Sabah rayonlarda qar yağacaq

Martın 01-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.  Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6 dərəcə isti,  gündüz  6-8 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti,  gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]

Təhsil

Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirəcək. DİM-dən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılacaq. Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki […]

Araşdırma

Korrupsiyaya görə işdən azad olunan rəisi Masallıya kim “transfer” edib?

Məlum olduğu kimi, təxminən iki il öncə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncam imzalandı və sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinin yerlərdə regional idarələri yaradılıdı. Yaradılan regional idarələrdən biri də Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət  İdarəsi oldu. İki gün öncə isə bu idarəyə […]

Region

Prezident: “Dağlıq Qarabağ mövcud deyil”

“Qarabağda rəsmi dil məsələsi barədə sualınıza dair qeyd edə bilərəm ki, bu, bir manipulyasiyadır. Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq […]

Siyasət

İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib. XəbərAl.az xəbər verir ki, dəyişikliklə Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə edilən dəyişikliklə sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə […]