Müharibə

Ordumuzun əsgəri minaya düşərək şəhid oldu — FOTO

Sharing is caring!

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub.

XəbərAl.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Səhman Musayevin yaxınları məlumat verib.

Tərxis olunmasına bir ay qalmış əsgərin yaxınları onun Füzuli istiqamətində minaya düşdüyünü bildirir.

Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən isə “Qafqazinfo”ya bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.
No description available.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir