Maqazin

Faiq Ağayev pulsuzluqdan qarajını satır

Xalq artisti Faiq Ağayev qarajını satışa çıxarıb.  XəbərAl.az xəbər verir ki, müğənni bu haqda lent.az-a müsahibəsində deyib. O bildirib ki, maddi sıxıntı yaşadığı üçün bu addımı atıb: “11 aydır işləmirik. Artıq qarajımı satışa qoymuşam. İstəyirəm ki, xərclərimin bir hissəsini o pulla bağlayım. Çox çətindir. Bu da elə mövzudur ki, adam irad bildirməyə də çətinlik çəkir. Çünki […]

Siyasət

Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi tərəfdaşlar və bütövlükdə Avropa üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür

«Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional və beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində stimulverici amil rolunu oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurları bugünümüzün reallıqlarıdır. Enerji sahəsində əməkdaşlığın regional çərçivədən çıxaraq  coğrafiyasını daha da genişləndirməsi Azərbaycanın artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu  […]

Dünya

Keçmiş respublikaçılar Trampa qarşı partiya yaradır

Yüzdən çox keçmiş respublikaçı ABŞ-ın keçmiş Prezidenti Donald Trampa qarşı çıxmaq üçün yeni sağ mərkəzçi partiya yaratmaq üçün danışıqlar aparır. Bu barədə “Reuters” xəbər yayır. Həmin şəxslər partiyanın Trampa qarşı çıxmaq istəməməsi və “demokratiyanı pozmaq cəhdləri” səbəbindən Respublikaçılar sırasından ayrılmaq qərarına gəliblər. Hələlik bu müzakirələr ilkin mərhələdədir. Bildirilir ki, Ronald Reyqan, ata və oğul Corc Buşlar […]

Xarici siyasət

Mustafa Şəntop ABŞ-ın Qarabağ məsələsinə münasibətindən danışdı

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop ABŞ-ın Qarabağ məsələsinə yanaşmasından bəhs edib. “Haber Global” məlumat verir ki, bu barədə o, senatorlarının ABŞ Prezidenti Co Baydenə Türkiyə ilə bağlı ünvanladıqları məktubla əlaqədar müsahibə verərkən deyib. Türkiyə parlamentinin spikeri bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk Qrupu həmsədrlərindən biridir. O, beynəlxalq hüquqa görə bu problemi işğalçı ölkəni […]

Xarici siyasət

Gürcüstanın XİN naziri Azərbaycana gələcək

Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın zamanlarda Azərbaycana səfər edəcək. XəbərAl.az xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, qonşu ölkələrə səfərlər zamanı əsas müzakirə mövzularından biri iqtisadi diplomatiya ilə bağlı olacaq: “Səfərlər çərçivəsində Gürcüstan üçün vacib olan geosiyasi layihələr, ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri […]

Cəmiyyət

Günay Ağamalının doğum günüdür.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Humanitar və kommunikasiya məsələləri üzrə müşaviri, AVP Qadınlar Şurasının sədri və Buta körpələr evi uşaq bağçasının rəhbəri Günay Ağamalının doğum günüdür. XəbərAl.az olaraq bu münasibətlə Günay xanımı ürəkdən təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzu edirik. Doğum Gününüz Mübarək!

Siyasət

Mehriban Əliyeva: “Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır”

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir. Bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO tərəfindən elan olunan […]

Siyasət

Mehriban Əliyeva beynəlxalq tədbirdə çıxış etdi

ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbir keçirilib. XəbərAl.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış edib: “Hörmətli ICESCO-nun Baş direktoru doktor Salim Al Malik. Xanımlar və cənablar. Əziz dostlar. İlk olaraq belə bir mötəbər tədbirdə fəxri qonaq […]

Siyasət

Mehriban Əliyeva ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsindən DANIŞDI

Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötən ilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ICESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim Al Malikiyə dərin minnətdarlığımı ifadə etmək istəyirəm.  Bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün ICESCO tərəfindən elan olunan “Qadınlar […]

Xarici siyasət

Yeni Azərbaycan-Türkiyə Mərkəzi təsis olunacaq – Ərdoğan Sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i təsdiq edib. XəbərAl.az xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib. Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri […]