Müsahibə

Prezident AzTV-yə müsahibə verdi – TAM MƏTN

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakı çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib. XəbərAl.az həmin müsahibəni təqdim edir. -Cənab Prezident, ilk növbədə, müsahibəyə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımızı ifadə edirik. İlk sualım açılışını etdiyiniz bu səhiyyə ocağı ilə bağlı təəssüratlarınız barədə olacaq. Necədir təəssüratlarınız? -Təəssüratlar çox […]

Sosial

Rüsum azaldıldı

Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır, bəzi xidmətlərə görə isə rüsum ləğv edilir. XəbərAl.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, bu rüsumun məbləği 1,5 manat müəyyən edilir. Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində […]

Gündəm

İşdən çıxarılan nazir müavini danışdı: “Bunu zaman göstərəcək”

“Mənim vəzifədən getməyimlə bağlı nazirlik tərəfindən nə açıqlama verilibsə, mətbuatda nə yazılıbsa bu, kifayətdir. Həmin açıqlamanı verərkən məndən soruşub hazırlayıblar. Buna hansısa əlavəm yoxdur”. XəbərAl.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Təhsil nazirinin müavini vəzifəsindən azad edilmiş Məhəbbət Vəliyeva bildirib. Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyinə gəlincə, M.Vəliyeva hər şeyi zamanın ixtiyarına buraxdığını deyib: “Bunu zaman […]

Hərbi

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək. XəbərAl.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək. Qanuna […]

Sosial

Prezident və xanımı yeni xəstəxananın açılışında

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. XəbərAl.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. […]

Gündəm

Bakıda bütün metro stansiyanın rəisləri dəyişdirildi

Bakı metropolitenində dövrü olaraq stansiya rəislərinin iş yerləri dəyişdirilir. “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, bu barədə qurumun İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb. QSC sədrinin əmrinə əsasən, 26 stansiyadan 23-də belə yerdəyişmələr edilib. Yeni inşa olunmuş və istismara hazırlanan “8 Noyabr”, həmçinin “Nizami” və “Xalqlar dostluğu” stansiyalarının rəisləri yeni təyin edildiyindən onlar məsul […]

İqtisadiyyat

Yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadıldı

Azərbaycanda tikinti layihələrinin şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələbin qüvvəyə minmə müddəti daha 3 il uzadılır. XəbərAl.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliklə tikinti layihələrinin […]

Media

Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradıldı

Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılıb. XəbərAl.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Sənədə əsasən, Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media […]

Xarici siyasət

Mövlud Çavuşoğlu: “Biz buna da razıyıq”

“Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün diplomatik həll yolu istəyəndə, buna razı olmayanlar indi siyasi çözüm istəyirlər, bəli, biz buna da razıyıq”. XəbərAl.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Antalyada keçirilən konqresində bildirib. Cavuşoğlu qeyd edib ki, Türkiyə yeri gələndə sakit gücünü, yeri gələndə […]

Cəmiyyət

Bakcell Bakıda yeni konsept mağazası təqdim etdi-FOTO

Bakcell Bakı şəhərində, Nəriman Nərimanov metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə nömrə və aksessuar satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirərək ən innovativ “hər şey bir arada” konsepsiyası əsasında qurulub. Təbriz küçəsi 108 ünvanında yerləşən yeni Bakcell mağazasının açılmasında əsas məqsəd abunəçiyə daha yaxın olmaqdır. […]