Media

Rusiyaya qayıdan Navalnı aeroportda tutuldu

Rusiyalı müxalif bloger Aleksey Navalnı Rusiyaya qayıdıb.XəbərAl.az xəbər verir ki, o, Moskvanın Şeremetyevo hava limanındaca hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.Navalnı 29 dekabr 2020-ci ildə dələduzluğa görə açılan cinayət işi çərçivəsində saxlanılıb.Qeyd edək ki, Bavalnının təyyarəsi Vnukova hava limanına eniş etməli olsa da, sonradan Şeremetyevoya yönəldilib. Aeroportun yolunu isə polis bağlayıb. Belə ki, minlərlə şəxs Navalnını qarşılamaq istədiyini […]

Gündəm manset

Ağsu Meşələri məhv edilir Muxtar Babayev isə buna göz yumur- VİDEO

XəbərAl.az xəbər verir ki, son bir neçə ildə ekoloji terror həm Bakıda, həm də regionlarda geniş vüsət alıb. Bu barədə redaksiymıza onlarla şikayət daxil olmaqdadır. Məsələ burasındadır ki, sıravi vətəndaşlar haqlı olaraq bu terrora qarşı mübarizə aparsalar da, aidiyyatı qurumlar sadəcə susmaqla kifayətlənirlər. Hələ Ulu Öndər Heydər Əliyev zamanında bu istiqamətdə cinayət edən şəxs və […]

AKTUAL

İSESCO-nun nümayəndə heyəti BMM-də oldu – Fotolar

Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində (BMM) olub. BMM-dən verilən məlumata görə, mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov  qonaqlara Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında qısa məlumat verib. Mədəniyyət naziri Anar Kərimovun da iştirak etdiyi görüşdə […]

Ana Səhfə Gündəm

Sabiq deputat həbs oluna bilər – Rafael Cəbrayılova vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib.  XəbərAl.az xəbər verir ki, yaxın günlərdə keçmiş deputat dəmir barmaqlıqlar arasına salına bilər. Məlumatda bildirilir ki, Rafael Cəbrayılovun borclu olduğu vətəndaşlardan biri bütün məhkəmə instansiyalarında deputata qalib gəlib. Artıq məhkəmə qərarının icrasına start verilib. Ötən il dekabrın 30-da Rafael Cəbrayılov icra şöbəsinə çağırılıb və ona yanvarın 10-na […]

Mədəniyyət

“Ailədə 10 nəfərik, hamımız evdə oturub dost-tanış verəndən yeyirik“ – Tanınmış aktyor

Tanınmış aktyor Allahverdi Yolçuyev Moderator.az saytının suallarını cavablandırıb. XəbərAl.az həmin müsahibəni təqdim edir:  – Allahverdi müəllim, necəsiz? – Nə bilim, belə də… Dərmanları açıb qoymuşam qabağıma, fikirləşirəm. – Pandemiya günlərini necə keçirirsiz? – Heç yerə getmirəm, bütün günü evdə otururam. Bu virus həqiqətən də çox yayılıb. Dünyasını dəyişənlər çoxdur. Bu gün yanımızda olan insanlar sabah həyatdan […]

İncəsənət

Azərbaycanın tanınmış rejissoru vəfat etdi – Foto

Görkəmli azərbaycanlı sənədli film rejissoru Nazim Rza İsrafiloğlu 80 yaşında vəfat edib.  XəbərAl.az bildirir ki, Nazim Rza İsrafiloğlu Gəncə şəhərinin ziyalı ailələrindən birində anadan olub. Atasının babası Rza Əsədullayev Gəncə bölgəsində tanınmış bir xeyriyyəçi, ana babası Mirzə Məhəmməd Axundzadə isə ilk nizamişünas, Difai Partiyası Gəncə şöbəsinin katibi olub. 1945-ci ildə ailə Nazim Rzayevin orta məktəbdə oxuduğu […]

İdman

İşğaldan azad edilmiş ərazilərdə “Tour de Azerbaijan” velosiped yarışı keçiriləcək – Fotolar

“Tour de Azerbaijan” velosiped yarışının bərpası işğaldan azad edilmiş Azərbaycan torpaqlarında turizmin inkişafı üçün ciddi bir təkan ola bilər. XəbərAl.az bildirir ki, bunu “Sputnik Azərbaycan”a açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev deyib. Federasiya baş katibi təşkilatın 2021-ci il üçün planlarından, velosipedçi Elçin Əsədovun Tokiodakı Olimpiya Oyunlarında gözlədiyi perspektivlərdən və “Tour de Azerbaijan” velosiped yarışının […]

Sosial

Bölgələrdə fəaliyyətə başlayan komissiyaların “qaynar xətt ” nömrələri

Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən fəaliyyət göstərən əsas komissiyanın bir neçə bölgədə səyyar qrupları da işə başlayır. Müdafiə Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri və Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiya ilə yanaşı  vətəndaşların gediş-gəlişində yarana biləcək çətinliklər nəzərə alınaraq səfərbərlikdən tərxis edilmiş şəxslərin […]