İncəsənət

Azərbaycanın tanınmış rejissoru vəfat etdi – Foto

Sharing is caring!

Görkəmli azərbaycanlı sənədli film rejissoru Nazim Rza İsrafiloğlu 80 yaşında vəfat edib. 

XəbərAl.az bildirir ki, Nazim Rza İsrafiloğlu Gəncə şəhərinin ziyalı ailələrindən birində anadan olub. Atasının babası Rza Əsədullayev Gəncə bölgəsində tanınmış bir xeyriyyəçi, ana babası Mirzə Məhəmməd Axundzadə isə ilk nizamişünas, Difai Partiyası Gəncə şöbəsinin katibi olub.

1945-ci ildə ailə Nazim Rzayevin orta məktəbdə oxuduğu və fortepiano sinfində musiqi təhsili aldığı Bakıya köçüb.

Nazim Rza İsrafiloğlu sənədli film istehsalı sahəsində “Odlu məmləkət” “Neft və cahan savaşı”, “M.M.Axundzadə” iki hissəli sənədli film, “Ermənilər. Fariseyzmin anatomiyası” (2008), “Neft” kimi görkəmli əsərlər yaradıb. 

Azərbaycanın tanınmış rejissoru vəfat etdi  - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir