Sənaye və energetika

Suqovuşanda kiçik su elektrik stansiyalarının təmirinə başlanılıb – VİDEO

“Azərenerji” ASC işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb. ASC-dən verilən məlumata görə, erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda döyüşlər zamanı […]

Bölgə

Nazirlik rəsmisi: “İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb”

“Ötən il 100-dən çox daş karxanasının vəziyyəti qiymətləndirilib”. XəbərAl.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib. O qeyd edib ki, qiymətləndirilmə aparılan bəzi daş karxanalarının fəaliyyətində kənaraçıxmalar qeydə alınıb: “Bunun üçün hüquqi […]

İdman

“Formula-1”in təqvimində dəyişikliklər edildi: Bakıdakı yarış nə vaxtdır?

“Formula-1” üzrə dünya çempionatının yeni mövsümünün təqvimi açıqlanıb. XəbərAl.az turnirin saytına istinadən xəbər verir ki, təqvimdə ilk açıqlanandan fərqli, bir sıra dəyişikliklər olub. Mövsümdə rekord sayda – 23 yarışın olması yenə gündəmdədir. Sadəcə, “Formula-1”ə əvvəl nəzərdə tutulduğundan bir həftə gec start veriləcək. İlk yarış martın 28-də Bəhreyndə olacaq. Əvvəl olmalı olan Avstraliya Qran Prisi isə ilin sonunda baş tutacaq. […]

Media

Prezident Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd İsmayılovun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilsin”. Qeyd edək ki, Əhməd İsmayılov daha əvvəl Azərbaycan Respublikasının […]

İqtisadiyyat

Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib

Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə görüşünə dəvət edilib. XəbərAl.az IPS-ə istinadən xəbər verir ki, tədbirə həmçinin BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıb. Dünya əhalisinin 60 faizini, ÜDM-sinin isə 80 faizini əhatə edən G20 qrupu cari ildə İtaliyanın sədrliyində İnsanlar, Planet, Rifah […]

Gündəm

Azərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir. Baş Prokurorluqdan verilən məlumata görə, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi […]

Hüquq

Yevlaxın həbsdə olan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum olub

Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsinin vaxtı məlum olub. XəbərAl.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 21-ə təyin edilib. Qeyd edək ki, DTX-nın yaydığı xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş […]

Secme Xeberler

“Telegram”a “böyük köç”: Son 72 saat ərzində 25 milyon yeni qeydiyyat

“Telegram” messencerinin istifadəçilərinin sayı son 72 saat ərzində 25 milyon artıb. “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə sözügedən sosial şəbəkə proqramının yaradıcısı Pavel Durov məlumat yayıb. “Yalnız son 72 saat ərzində “Telegram”a 25 milyon yeni istifadəçi qatılıb”, – deyə P. Durov qeyd edib. O əlavə edib ki, son 72 saat ərində Asiyadan 38 faiz, […]

Dünya

Ermənistan ərazisində həqiqəti deyənlər “türklərə işləyən” hesab olunacaq – VİDEO

Ermənistanın hərbi-siyasi strukturlarının müharibədən sonrakı paranoyası növbəti dəfə pik həddə çatıb və belə görünür ki, residiv bundan sonra da tamamilə yeni reallığın qəbuluna mane olmağa davam edəcək. Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında bildirilib. Bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti jurnalistlərin işinə qanunsuz şəkildə mane olmaq qərarına gəlib, “24 News” telekanalının çəkiliş qrupunu […]

Asiya

Ərdoğan Yunanıstana çağırış etdi

“Yunanıstanla yanvarın 25-də aparılacaq tədqiqat danışıqlarının bu ölkə ilə qonşuluq münasibətlərimiz üçün yeni bir dönəmin başlanğıcı olacağına inanıram”. XəbərAl.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib. Türkiyə Prezidenti Yunanıstanı regionda gərginliyi artıran hərəkətlərdən çəkinməyə çağırıb. Ərdoğan Aİ ölkələrinin Şərqi Aralıq dənizi və Şimali Kipr məsələsində […]