Hadisə

Şamaxıda avtomobil Müalicə Diaqnostika Mərkəzinin əməkdaşlarını vuraraq öldürdü

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xəbəral.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun üstündə yerləşən Şamaxı Müalicə Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı avtomobil yolu keçən diaqnostika mərkəzinin işçiləri Tamella Haqverdiyeva və Zümrüd Mustafayevanı vurub. Qəza nəticəsində hər iki piyada hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma […]

Siyasət

Milli Məclis qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Xəbəral.az xəbər verir ki, layihəyə əsasən, “Vətən Müharibəsində qələbə münasibətilə” “Zəfər” və “Qarabağ” ordenləri təsis olunur. Bundan əlavə “Vətən Müharibəsi […]

Maqazin

“Havalanmasam yaxşıdır” – “Banu”-nun Güneli

“Banu” verilişinin aparıcı Günel Həsənzadə sosial mediadakı paylaşımı ilə diqqət çəkib. Xəbəral.az xəbər verir ki, Günel “İnstagram” hesabında əsirlikdə olan Amindən yazıb. O, Aminin görüntülərini paylaşaraq: “Allah səni tezliklə anana qovuşdursun,Amin. Səni döyən, incidən, əzab verən ermənilərə Allah lənət eləsin. Ürəyim partlayır, havalanmasam yaxşıdır. Allah erməniləri döysün tezliklə. Aminə və əsirlikdə olan vətən oğullarımıza dualarınızı əsirgəməyin” […]

Şou-Biznes

“Heyif deyil Amerika, nə gəldi geyin çıx” – Məşhur aparıcının geyimi TƏNQİD OLUNDU – FOTO

Amerikada yaşayan məşhur aparıcı Günel Hümbətova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. Xəbəral.az xəbər verir ki, Günel “Instagram”hesabında yeni fotosunu paylaşıb. Fotoda Günelin geyimini izləyicilər birmənalı qarşılamayıblar. “Heyif deyil Amerika nə gəldi geyin çıx”, “Söz deyən yox,pis baxan yox” və.s kimi tənqidi rəylər yazılıb. Həmin fotonu təqdim edirik:

MDB

Moskvada baş vermiş terror hadisələri ilə bağlı polis polkovniki barəsində həbs qərarı çıxarılıb

Moskvanın Basmannı Məhkəməsi Dağıstanın Kizlyar rayonunun polis rəisi, polis polkovniki Qazi İsaev barəsində 2010-cu ildə Moskvada baş verən terror hadisələrində iştirakı ilə bağlı həbs qərarı çıxarıb. Bu barədə RİA Novosti-yə məhkəmənin mətbuat katibi İrina Sofinskaya məlumat verib. Bildirilib ki, Qazi İsayevə qarşı həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin icrası 4 yanvar 2021-ci il tarixinədək təmin […]

Hadisə

Koronavirus testinin nəticəsi müsbət çıxdığı halda karantin rejimini kobud şəkildə pozan şəxs saxlanılıb

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir. Sabirabad Rayon Prokurorluğunun  məlumatında bildirilib ki, rayon sakini 1964-cü il təvəllüdlü Əkbərov Qubad Əkbər oğlunun COVID-19 virusu ilə bağlı noyabrın 11-də verdiyi testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin […]

Siyasət

Prezident: “Düşmən şərtlərimi qəbul etməsəydi, burada məhv olacaqdı”

“Mən bir daha qeyd etmək istəyirəm ki, ağdamlılar bu günü uzun illər ərzində – 30 ilə yaxın idi gözləyirdilər”. Xəbəral.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində deyib. Prezidentin sözlərinə görə, o hiss edib ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad […]

Sənaye və energetika

Azərbaycan neftinin qiyməti 46 dolları ötüb

Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir bareli 1,50 ABŞ dollar bahalaşıb. Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 46,28 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum 149,66 dollara satılıb.