Maqazin

Ruhi Əliyevaya ağır itki -FOTO

Biznes ledi Ruhi Əliyevaya ağır itki üz verib. Xəbəral.az xəbər verir ki, o buradə “İnstagram” səhifəsində paylaşım edib. Bu xəbər mənim kimi bütün səni sevənləri çox sarsıtdı. İnanmağım gəlmir. Bibimin nəvəsi, bizim əzizimiz Emil avtomobil qəzasında dünyasını dəyişib. Ölüm sənə yaraşmadı, gözəl bala. Ömrünün bahar çağında, ürəyində min arzu ilə köçdün bu dünyadan. Kaş ki, bu […]

Müharibə

Ermənilər Şahbulağı da saxtalaşdırdı: Qalaya xaç işarəsi vuruldu – RƏSMİ + FOTO

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Şahbulaq qalası barədə paylaşım edib. O, bu barədə “Twitter” hesabında yazıb. “Bu, 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli Xan tərəfindən inşa edilən, bu yaxınlarda azad edilmiş Ağdamda yerləşən Şahbulaq qalasıdır. Şahbulaq ən yaxşı memarlıq müdafiə nümunəsi  kimi tanınıb. Erməni işğalı zamanı dəyişikliyə məruz qalıb, divara […]

Bölgə

İşğaldan azad edilmiş rayonlarımızda dövlət strukturları fəaliyyətə başladı – RƏSMİ

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir. Bununla bağlı nazirlik məlumat yayıb. Bu istiqamətdə növbəti addım olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.

Bölgə

Ağdam məscidindən yeni görüntülər – VİDEO

Noyabrın 20-də işğaldan azad olunan Ağdam rayonundan yeni görüntülər təqdim edilib. Görüntülər məscidin minarəsindən çəkilib. Videoda şəhərin xarabalığa çevrilməsi tam öz əksini tapıb. Mənfur düşmən Ağdamda salamat bir yer qoymayıb, bütün mədəni, tarixi binalar məhv edilib. Həmin görüntüləri təqdim edirik:

Sosial

Yaşadığı evin kandarına maskasız çıxan şəxs cərimələnəcək – XƏBƏRDARLIQ

“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir”. Xəbəral.az xəbər verir ki, bu barədə […]

İdman

“Milan” Neapolda da qalib gəldi – VİDEO

İtaliya A Seriyasında VIII tura mərkəzi matçla yekun vurulub. Turnir cədvəlinin lideri “Milan” Neapol səfərində “Napoli” ilə qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdə də uduzmayıb. Milan komandası isveçli forvardı Zlatan İbrahimoviçin dubl etdiyi görüşdə 3:1 hesabı ilə qalib gəlib. Bununla da “Milan” xalını 20-yə yüksəldib və turnir cədvəlində vahid liderliyini qoruyub saxlayıb.

İdman

“Lievrpul”dan üç qol, “Everton”dan çətin qələbə

İngiltərə Premyer Liqasında IX turun oyunları davam edir. Xəbəral.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub. “Everton” doğma meydanda autsayderlər zonasında qərarlaşan “Fulhem”in qonağı olub. Beş qolun vurulduğu matçda “Everton” çətin qələbəyə sevinib. “Arsenal” “Lids”lə səfər oyununda qolsuz bərabərliyə razılaşıb. Turun mərkəzi matçında son çempion “Liverpul” turnir cədvəlindəki qonşusu “Lester”i qəbul edib. […]

Dünya

Böyük Britaniyada “COVİD pasport”ları tətbiq oluna bilər

Böyük Britaniya hökuməti koronavirusa qarşı peyvənd olunmuş şəxslər üçün “COVİD pasport”larının tətbiqi məsələsini müzakirə edir. Bu barədə “The Sunday Times” məlumat yayıb. Sözügedən addımın vaksinasiya olunmuş şəxslərin ölkə ərazisində sərbəst hərəkətinə imkan verəcəyi qeyd olunur. Baş nazir Boris Consonun sözügedən qərarı noyabrın 23-də açıqlaması gözlənilir.