İdman

“Lievrpul”dan üç qol, “Everton”dan çətin qələbə

Sharing is caring!

İngiltərə Premyer Liqasında IX turun oyunları davam edir.

Xəbəral.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Everton” doğma meydanda autsayderlər zonasında qərarlaşan “Fulhem”in qonağı olub. Beş qolun vurulduğu matçda “Everton” çətin qələbəyə sevinib.

“Arsenal” “Lids”lə səfər oyununda qolsuz bərabərliyə razılaşıb.

Turun mərkəzi matçında son çempion “Liverpul” turnir cədvəlindəki qonşusu “Lester”i qəbul edib. Qarşılaşmadan qalib ayrılan “qırmızılar” həm rəqibi turnir cədvəlində geridə qoyub, həm də “Tottenhem”ə liderlikdə şərik olub.

Tura noyabrın 23-də keçiriləcək “Bernli” – “Kristal Pelas” (21:30) və “Vulverhempton” – “Sauthempton” (00:00) oyunları ilə yekun vurulacaq.

İngiltərə Premyer Liqası

IX tur

22 noyabr

“Fulhem” – “Everton” – 2:3
Qollar: 
Rid, 15, Loftus-Çek, 70 – Kalvert-Lyuin, 1, 29, Dukur, 35

“Şeffild Yunayted” – “Vest Hem” – 0:1
Qollar: 
Haller, 56

“Lids” – “Arsenal” – 0:0

“Liverpul” – “Lester” – 3:0
Qollar: 
Evans, 21 (avtoqol), Jota, 41, Firmino, 86

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir