Cəmiyyət

Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

Bakcell şirkəti özünün yüksək keyfiyyətli və ən sürətli mobil şəbəkəsini işğaldan azad olunmuş torpaqlarımıza doğru genişləndirəcək. Torpaqlarımızın düşməndən təmizlənməsinin ardınca Bakcell böyük qürur hissi ilə Azərbaycan Respublikasının bütün ərazisində üstün müştəri təcrübəsi və ən yüksək keyfiyyətli mobil rabitə xidmətləri göstərməyə davam edəcək. Müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla Bakcell işğaldan azad olunmuş ərazilərdə dayanıqlı mobil rabitə infrastrukturunun […]

Cəmiyyət

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir. Baş Prokurorluqdan verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə […]

Siyasət

Fəzail Ağamalı: Onları Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə səslədim

Dəyərli dostlar! Erməni faşistlərinin törətdikləri barbarlığı, uzun illərdən bəri işğal etdikləri torpaqlarda törətdikləri vəhşilikləri və Sentyabrın 27 – dən bu günə qədər Azərbaycanın cəbhə bölgəsindən uzaqda olan bölgələrində mülki əhalini, xüsusi olaraq Milli Dövlətçiliyimizin simvolu Gəncəni ağır, güclü və dağıdıcı raketlərlə və artileriya ilə atəşə tutması nəticəsində çox saylı insanlarımızın həlak olmasını və yaralanmasını əks […]

Cəmiyyət

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə!

“Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edir.  Mobil operator işğaldan azad edilmiş rayonlarımızda müasir şəbəkə infrastrukturunun daxili layihələndirmə işlərini tamamlayıb. Müvafiq dövlət qurumları ilə razılaşdırmadan sonra bu ərazilərdə LTE-A texnologiyasına əsaslanan daimi şəbəkə infrastrukturunun quraşdırılması işlərinə başlanılacaq. Bundan başqa, “Nar” cəbhəyanı bölgələrdə yaşayan istifadəçilərini kəsintisiz rabitə ilə təmin […]

Hadisə

Hikmət Hacıyev: “Ermənistanın Gəncədə törətdiyi terrorun növbəti qurbanı Rusiya vətəndaşı olub” – FOTO

Ermənistanın dövlət səviyyəsində mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı terroru və hərbi cinayətləri davam edir. Bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, bu gün Tərtər rayonunun və kəndlərinin Smerç raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub: “17 oktyabrda […]

AKTUAL

ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı

Məlum olduğu kimi, ABŞ-ın dövlət katibi Mayk Pompeo Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb. TASS-ın məlumatına görə, M.Pompeo Qarabağ probleminin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini qeyd edib, həmçinin təcavüzə son qoymağa, mülki vətəndaşları qorumağa çağırıb. Bu barədə Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunub. Bildirilir ki, Baş […]