Siyasət

Ceyhun Bayramovla Sergey Lavrovun görüşü barədə açıqlama verildi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 20-21 oktyabr tarixlərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüş zamanı Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair aktual məsələləri müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər nazirliyinin yaydığı məlumatda qeyd olunur. “Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və […]

Cəmiyyət

Fəzail Ağamalı xarici ölkələrin siyasi partiyalarına və beynəlxalq təşkilatlara müraciət etdi

Ana Vətən Partiyasının sədri, Millət Vəkili Fəzail Ağamalı aşağıdakı ölkələrin siyasi partiyalarına və Beynəlxalq təşkilatlara ingilis və rus dillərində məktub ünvanlamışdır. Latın Amerikası Ölkələri – Brazilya, Peru, Uruqvay, Çili üzrə 23 siyasi partiya; Şimali Amerika Ölkələri – Meksika, ABŞ üzrə 6 siyasi partiya; Avropa Ölkələri – Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, Norveç, Rusiya, İsveç, Gürcüstan, […]

Müharibə

Azərbaycan ordusu 24 günə Ermənistana illik büdcəsi qədər ziyan vurub

Bir ölkənin müharibəyə başlaması üçün həmin ölkədə ilk növbədə siyasi sabitlik, sosial-iqtisadi stabillik, maddi resursların dayanıqlı və davamlı olması, eyni zamanda, həyat səviyyəsinin ən azından orta səviyyədə olması gərəkdir. Yalnız belə olan halda, ölkə müharibənin fəsadlarından az təsirlənə bilər. Bütün bu sadalananlara sahib ölkə hərbi bazasına hərtərəfli şəkildə müdafiəni və hücumu təmin edə bilməsi üçün […]

Cəmiyyət

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

Ermənistanın Baş naziri Nikol Paşinyanın necə axmaq rəhbər olduğu artıq erməni publikası üçün aydın görünür. Qaqik Soqomonyan adlı sosial şəbəkə istifadəçisi oktyabrın 18-də Gorus şəhərində Paşinyanın başına gələn gülünc əhvalatdan danışıb. Bu hadisə onun Sünik (bu vilayətin cənub hissəsi Zəngəzur mahalıdır – S.M.) caamatını başına yığıb keçirdiyi iclas zamanı baş verib: “Yadınızdadır, Meqri və Kəcəran bələdiyyə […]

Hadisə

Siyəzəndə iki yük maşını toqquşdu: Xəsarət alanlar var

Siyəzən rayonunun Beşdam kəndi ərazisində “HOWO” və “Mercedes” markalı iki yük avtomobili toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Dünya

Qırğızıstanda iqtisadi amnistiya elan edildi

Qırğızıstanda prezident səlahiyyətlərini müvəqqəti icra edən Sadır Japarov iqtisadi amnistiya elan edib. “RİA Novosti” bu barədə Nazirlər Kabinetinin saytına istinadən məlumat yayıb. Bundan əlavə, hökumət başçısı qanunsuz yolla əldə edilmiş əmlakı büdcəyə qaytarmaq üçün korrupsioner məmurlara 30 gün möhlət verdiyini açıqlayıb.

MARAQLI

Eniş zamanı zolaqdan çıxan təyyarənin görüntüləri – VİDEO

Sosial şəbəkədə eniş zamanı uçuş zolağından çıxan təyyarənin videosu böyük maraqla qarşılanıb. Pilotun kabinəsindən çəkilən görüntülər “Breaking Aviation News”un “Twitter” hesabında paylaşılıb. Kadrlarda hava gəmisinin tədricən endiyi, ancaq yerlə təmasdan sonra kəskin şəkildə döndüyü görünür. Video “Uğurla başa çıxdım” ironik şərhi ilə paylaşılıb. Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəziləri pilotu səriştəsizlikdə […]

Cəmiyyət

Ali Məhkəmə erməni terroru ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistan Respublikasının silahlı birləşmələrinin Gəncə şəhərinə raket zərbəsi endirilməsi ilə bağlı bəyanat yayıb. Məhkəmədən verilən məlumata görə, bəyanatda deyilir: “Ermənistan Respublikasının silahlı birləşmələri 17 oktyabr 2020-ci il tarixində gecə saatlarında öz ərazilərindən fəal hərbi zonadan təxminən 100 kilometr aralıda sıx məskunlaşmış əhalisi olan Azərbaycan Respublikasının ikinci şəhərinə – tarixi Gəncə şəhərinə yenidən […]

Təhsil

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçən 2256 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, test imtahanı mərhələsinə hazırlaşan namizədlər imtahan proqramı ilə tanış ola bilərlər. İmtahan mərhələsi keçirilməzdən öncə müsabiqəyə elektron qeydiyyatın yenidən elan edilməsi nəzərdə tutulub. Müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi […]