Cəmiyyət

Rayonlara gediş-gəlişin bərpası taksi qiymətlərinə necə təsir edib?

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonlarının giriş-çıxışlarından karantin postları götürüləndən sonra rayonlara sərnişin daşıyan taksilərdə gediş haqları ucuzlaşıb. Trend-in məlumatına görə, sentyabrın 8-i səhər saatlarından vətəndaşlar rayonlara sərbəst getməyə başlayıb. Artıq karantin postlarının yığışdırılması gediş haqlarını da əvvəlki qiymətə endirib. Məsələn, Bakının Şamaxı yolu adlanan ərazisindən Quba rayonuna taksi ilə 1 sərnişin 8 manata gedirdisə, […]

Kriminal

Bakıda yeddi yaşlı uşağı elektrik cərəyanının vurması faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

22 mart 2019-cu il tarixdə paytaxtın Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən yataqxanada yaşayan 2013-cü il təvəllüdlü Amin Əliyevin yaşadığı binanın girişində quraşdırılmış elektrik naqillərinə toxunması nəticəsində yanıq xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə […]

Siyasət

İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair […]

İdman

AFFA-nın İntizam Komitəsinin sədri istefa verdi – FOTO

AFFA-nın İntizam Komitəsinin sədri postunda dəyişiklik olub. Assosiasiyanın saytının xəbərinə görə, bu komitənin sədri Tofiq Fətullayev öz istəyi ilə müvafiq vəzifədən ayrılıb. AFFA İcraiyyə Komitəsinin növbəti iclasına qədər İntizam Komitəsinin sədri vəzifəsi hazırda komitənin üzvü olan Erkin Hüseynova həvalə olunub. İcraiyyə Komitəsinin növbəti iclasında İntizam Komitəsinin tərkibi barədə müvafiq qərar qəbul olunması nəzərdə tutulub. AFFA-nın […]

Cəmiyyət

Şövqü Süleymanova hansı yüngülləşdirici cəza verilə bilər?

Dünən tanınmış gitaraçı Nofəl Süleymanovun 17 yaşlı oğlu Şövqü tərəfindən bilmədən öldürülməsindən sonra həmin yeniyetməyə hansı cəzanın veriləcəyi ictimai müzakirələrə səbəb olub. Vəkil Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əməl Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunur: “Bu maddə ilə ittiham olunan şəxsi iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və […]

Dünya

Təyyarə maskasız sərnişinə görə təcili eniş etdi

Yaponiyada “Peach Aviation” aviaşirkətinə məxsus təyyarə təcili eniş edib. NHK xəbər verir ki, bu hadisə təyyarədə maska ​​taxmaqdan imtina edən və qalmaqala səbəb olan sərnişinə görə baş verib. 124 nəfərlik layner Hokkaydo prefekturasının şimalındakı Kuşiro hava limanından Osaka şəhərinə uçmaq üçün havaya qalxıb. Sərnişindən maska taxmağı istənilsə də, o, buna razı olmayıb, qalmaqal yaradıb, yüksək […]

Hərbi

Cəbhədə atəşkəs yenidən pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 51 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy […]

Cəmiyyət

Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 175 yeni yoluxma – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 140, ötən müddət ərzində isə ümumilikdə […]

Cəmiyyət

Cəlilabadda heç bir məzhəbçilik mövcud deyil (AÇIQLAMA)

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə “Cəlilabad rayon icra başçısı vəhabiliyi təbliğ edir” başlıqlı qərəzli yazı yerləşdirilib. Böhtan xarakteli həmin yazı rayon icra hakimiyyətini nüfüzdan salmaq məqsədi daşıyır”. Bu barədə Cəlilabad rayon İcra Hakimiyyətindən Qaynarinfo-ya daxil olan məktubda deyilir. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə din sahəsində həyata keçirilən […]

MARAQLI

Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb

Sizə zəng edib susurlarsa, məqsəd sizin mövcudluğunuzu yoxlamaqdır. Robot üçün çağırışa verilən cavab səsi abonentin avtikliyinin təsdiqidir. Belə zəngə cavab verəcəyiniz an reklam ismarıcı səslənəcək. “Praym”ın məlumatına görə, bu barədə Rusiya Keyfiyyət Sisteminin (“Roskaçestvo”) mütəxəssisi Alesya Borovikova bildirib. “Bir qayda olaraq bank, mobil operator və ya başqa şirkətlə müqavilə imzaladığınız zaman bu cür zənglərə razılıq […]