İqtisadiyyat

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin ilk iclası keçirilib

Avqustun 28-də yeni yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İdarə Heyətinin ilk iclası keçirilib. Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından və Müşahidə Şurasının qəbul etdiyi qərarlardan irəli gələn vəzifə və tapşırıqların icrası müzakirə olunub. İclasda həmçinin Holdinqin fəaliyyətə başlaması ilə əlaqədar bir sıra təşkilati-inzibati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Cəmiyyət

Əvəzlənən smart-kart sayğaclarının balansında qalan pullar necə olacaq?

Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitən smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Bu proses zamanı abonentləri daha çox narahat edən əsas məqam əvəzlənən smart-kart tipli sayğacların balansında qalan avans məbləğin yeni quraşdırılan mexaniki tipli sayğacın bazasına yerləşdirilməsidir. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu avans […]

Hadisə

Qubada əri tərəfindən döyülən qadın atası evinə qaçıb polisə şikayət etdi, kişi isə…

Qubada intihar etmək istəyən kişini polis xilas edib. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Bildirilib ki, 27 avqust 2020-ci ildə, gecə saat 23:15 radələrində rayon sakini Gülanə Mütəllibova  Quba Rayon Polis Şöbəsinə müraciət edərək, əri Turab Mütəllibov tərəfindən döyülməsi və valideynlərinə məxsus evə qaçması barədə məlumat verib. Daxil olmuş […]

Kriminal

Tovuzda gənc oğlan kürəyindən bıçaqlandı

Tovuz rayonunun Qovlar kəndində bıçaqlanma hadisəsi olub. “Report”un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Kirən kənd sakini, 1994-cü il təvəllüdlü Elnur İsayev hələ ki, məlum olmayan səbəbdən sağ qolundan və kürəyindən bıçaqlanıb. O, tanışları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti kafi qiymətləndirilir. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Dünya

Ukrayna Belarusla bütün əlaqələri dayandırdı

Ukrayna Belarusla bütün əlaqələri dayandırıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələri məlumat verib. Rəsmi Kiyevin “ölkənin nüfuzuna zərər verməyəcəyinə” əmin olduqdan sonra Belarusla dialoqu bərpa edəcəyi bildirilir. “Bu barədə rəsmi şəkildə məlumat verə bilərəm. Vəziyyətin inkişafını izləyirik. Yalnız bu əlaqələrin Ukraynanın nüfuzuna xələl gətirəcək, onun üçün mənəvi, etik itkiyə səbəb olmayacağına əmin olduğumuz zaman […]

İdman

“Neftçi”nin potensial rəqibləri: “Tottenhem”, “Milan”, “Qalatasaray”…

dünən Şimali Makedoniyanın “Şkupi” komandası üzərində qələbə (2:1) ilə vəsiqə qazanan “Neftçi”nin potensial rəqibləri müəyyənləşib. II təsnifat mərhələsində 36 komanda “Neftçi”nin potensial rəqibidir. “Neftçi” növbəti püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, reytinqi daha yuxarı olan komandalar “Neftçi”nin rəqibi olacaq. Potensial rəqiblər sırasında “Tottenhem”, “Milan”, “Qalatasaray”, Moskva “Dinamo”su kimi məşhur komandalar da […]

Cəmiyyət

Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsünün sökülməsinə başlanıldı

avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmir yolu körpüsünün söküntüsü işlərinə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, aparılan işlərlə əlaqədar olaraq günün müəyyən saatlarında hər bir istiqamət üzrə intensivlik nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Təhlükəsizlik baxımından söküntü işləri körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün […]

İqtisadiyyat

Dolların ucuzlaşmasının davam edəcəyi proqnozlaşdırılır

Bank (FED) sədrinin gözlənilənlərin tam əksinə bir açıqlama etməsi, dollar, avro və funt kimi aparıcı valyutalarda yüksək volatilliyə səbəb olub. Bu, bazar iştirakçılarının FED qərarının dəyərləndirilməsində əmin olmadıqlarını göstərir. Amerika iqtisadiyyatının Korona böhranı fonunda böyük zərər görməsi, FED-in yumşaq monetar siyasətində yenidən baxmasına səbəb olub. Açıqlanan yeni strategiyada isə daha yüksək inflyasiyanın qarşısının alınmayacağı ilə […]

Hərbi

XİN-dən Qurgen Alaverdyanla bağlı Ermənistanın iddialarına REAKSİYA

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alınıb, təxribat qrupunun rəhbəri, Ermənistan silahlı qüvvələrinin baş leytenantı Qurgen Alaverdyan zərərsizləşdirilib. İstintaqa cəlb edilmiş sözügedən şəxs […]