İqtisadiyyat

Dolların ucuzlaşmasının davam edəcəyi proqnozlaşdırılır

Sharing is caring!

Bank (FED) sədrinin gözlənilənlərin tam əksinə bir açıqlama etməsi, dollar, avro və funt kimi aparıcı valyutalarda yüksək volatilliyə səbəb olub. Bu, bazar iştirakçılarının FED qərarının dəyərləndirilməsində əmin olmadıqlarını göstərir.

Amerika iqtisadiyyatının Korona böhranı fonunda böyük zərər görməsi, FED-in yumşaq monetar siyasətində yenidən baxmasına səbəb olub. Açıqlanan yeni strategiyada isə daha yüksək inflyasiyanın qarşısının alınmayacağı ilə yanaşı, illik inflyasiya hədəfi də 2-2.5% olaraq qalır. Fikrimizcə, bu, yumşaq monetar siyasətin daha intensiv hal alacağı gözləntilərini qismən azaldıb. Bununla yanaşı, inflyasiyanın hədəfi keçdiyi vaxtlarda belə siyasətə davam ediləcəyi və pul-kredit siyasəti alətlərindən daha geniş perspektivdə istifadə olunacağı gözləntiləri zəifləsə də aktualdır və yumşaq monetar siyasət intensivləşəcəkdir. Bu, FED-in Korona böhranı ərzində iqtisadiyyatın likvidliklə təmin edilməsi funksiyasını da hökümətlə müqayisədə tam üzərinə götürməsinə səbəb olur.

Beləliklə, dollar indeksinin cari səviyyələrdəki qiyməti FED-in inflyasiya hədəfinin tam aradan qaldırılmasını nəzərə aldığı üçün Jerom Poverlin açıqlamalarından sonra dollarda eniş dalğası fonunda korreksiyalar olub. Bundan sonraki ucuzlaşma fundamental göstəricilərin açıqlanmasından asılı olacaqdır. Bu baxımından 3 və 4-cü rüblərə dair fundamental göstəricilərin önəmliyi daha da artmaqdadır.

Texniki təhlillərə əsasən, foreks bazarlarında dolların ucuzlaşması dinamikası zəifləsə də dəyər itirməkdə davam edəcəyi proqnozlaşdırılır.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir