Hadisə manset

Azərbaycanda musiqiçi özünü asdı

Zaqatalada intihar hadisəsi baş verib. Xəbəral.az  xəbər verir ki, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb. Həmin küçənin sakini Səlim Yaşar oğlu Hüseynov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, S.Hüseynov musiqiçi olub.

Hadisə manset

Ağsuda yas mərasimində iştirak edən 18 nəfər cərimələnib – FOTO

Ağsuda yas mərasimində iştirak edən 18 nəfər cərimələnib – FOTO Ağsu rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Ərəbmehdibəy kəndində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Xəbəral.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin yas […]

AKTUAL manset

Sabirabad rayonuna ağır itki – Rayonun ziyalı ağsaqqalı dünyasını dəyişdi

Sabirabad rayon Ağsaqqal Cəmiyyətinin sədri Həmidov Böyükaga Mirheydər oğlu bu gün dünyasını dəyişib. Rayonun tanınmış ziyalılarından olan Böyükağa müəllim  bu Kovlar kənd qəbristanlığında dəfn edilib. Ziyalılar Cəmiyyətinin sabiq sədri, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının İdarə Heyətinin üzvü  mərhum Böyükağa Həmidov  45 ildən artıq dövlət qulluğunda çalışıb. 1978-ci ilə CCRİ Ali Sovetinin Fərmanı ilə  “Əmək igidliyinə görə” medalı, […]

AKTUAL manset

İnsanlar koronavirusa daha çox harada tutulurlar

Virusoloq və immunolqlar insanların koronavirusa yoluxma riski daha yüksək olan  yerləri müəyyənləşdiriblər. Xəbəral.az  xəbər verir ki,  alimlər insanların  koronavirusa yoluxma risqi daha  yüksək olan yerlərin  reytinq siyahısını hazırlayıb. Alimlərin  insanlaırn koronavirusa  yolxuma üçün ən təhlükəli yerləri ventilyasiyası pis  həyata keçirilən qapalı  əraziləri hesab edirlər. Mütəxəssislər hesab edir ki, qapalı məkanın olması problem deyil, əsas məsələ […]

Hadisə manset

Həbs edilən XİN vəzifəliləri məhkəməyə müraciət etdi

Xarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizliyi Xidmətinin (XİN) keçiridiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxsləri barələrində seçilmiş həbs-əqtimkan tədbirindən apellyasiya şikayəti verib. “Report”un əldə etdiyi məlumata görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrlik etdiyi kollegiya baxacaq. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə […]

AKTUAL manset

İlham Əliyev Abşerona 8,5 milyon manat ayırdı — SƏRƏNCAM

Prezident İlham Əliyev Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, “Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması” layihəsi üzrə nəzərdə tutulan işlərin başa çatdırılması üçün […]

Hadisə manset

FHN-in yanğınsöndürən maşını qəzaya düşüb, yaralananlar var

Xaçmaz rayonunda Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınöndürən avtomobili qəzaya düşüb. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan  “VAZ 2101” markalı minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində “VAZ”ın sürücüsü, 1988-ci il […]

Cəmiyyət manset

Təcili Türkiyəyə aparılan Vahid Əhmədovla bağlı YENİ XƏBƏR

“Vahid Əhmədovla dünən əlaqə saxlamışam. Özünü yaxşı hiss edir. Hazırda səhhəti normaldır”. Bunu Modern.az-a deputat Vahid Əhmədovun köməkçisi Arif Orucov deyib. Arif Orucov Vahid Əhmədovun dəqiq nə vaxt Azərbaycana qayıdacağını bilmədiyini də qeyd edib: “Bu barədə bir söz deyə bilmərəm. Güman ki, yaxın günlərdə ölkəyə qayıdacaq”. Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin […]

Kriminal manset

Bakıda narkotacir saxlanıldı

Bakıda narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb. Xəbəral.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü M.Həsənov saxlanılıb. Ondan 0, 254 qram heroin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.