manset Siyasət

Deputat: “Ordu haqqında əsassız məlumat yayanlar barədə cinayət işi başlanılmalıdır”

“Dünyanın bütün ölkələrinin Azərbaycan ilə informasiya müharibəsi apardığı vaxtda hər kəs dediyi hər sözdə ehtiyatlı olmalıdır” Bunu Xəbəral.az-a açıqlamasında Milli deputat Asim Mollazadə deyib. O, son günlər ordu haqqında əsassız fikirlər yazan şəxslərin məqsədlərinin dövləti zəiflətmək olduğunu bildirib: “Azərbaycan Silahlı Qüvvələri dövlətin ən önəmli və qürurverici təsisatıdır. Hər bir azərbaycanlı Silahlı Qüvvələri qorumağa çalışmalıdır. Ələlxüsus vaxtı […]

İdman Manşetüstü

Ukraynalı futbolçu: “Syominin vaxtında “Qəbələ”də qızıldan dağlar var idi” – MÜSAHİBƏ

“Qəbələ”nin sabiq futbolçusu Ruslan Fomin ölkəsi Ukraynanın “football.ua” saytının suallarını cavablandırıb. Xəbəral.az  müsahibənin Azərbaycanla bağlı hissəsini təqdim edir… – “Qəbələ”, “Atırau” və “Apollon”da çıxış etdiyiniz dövrlərdən hansı müsbət təəssüratlarınız qalıb? – Daha çox mənfi məqamlar yadımda qalıb. Bu mərhələlər mənim üçün elə də yaxşı alınmadı. Azərbaycanda olduğu kimi, Qazaxıstanda da mənə çətin idi. Evə qayıtmaq və özümü […]

Manşetüstü Mədəniyyət

Ən çox gəlir gətirən filmlərin siyahısı açıqlandı

“Qisas alanlar: Final” filmi 2019-cu ilin ən çox gəlir gətirən filmi olub. Xəbəral.az  “Deadline”a istinadən xəbər verir ki, film yaradıcılarına 890 milyon ABŞ dolları gətirib. Ən çox gəlir gətirən filmlərin siyahısında ikinci yeri prokatda 599 milyon ABŞ dolları toplayan “Donmuş ürək – 2” cizgi filmi tutub. Üçüncü sırada 580 milyon ABŞ dolları gəlir gətirən “Kral Şir” animasiya filmi yer […]

manset Sosial

Bu xəstəliyi olanların oruc tutması böyük riskdir – HƏKİM MƏSLƏHƏTİ

“Onkoloji xəstəlikləri olanlar oruc tutmaqda diqqətli olmalıdır. Onların müalicəsi və sağalmasında qida ilə su qəbulu, hətta qida qəbulunun qaydası böyük əhəmiyyət kəsb edir. Ona görə də belə xəstələr oruc tutmaq qərarı verməzdən öncə həkimlə məsləhətləşməlidirlər”. Xəbəral.az-ın  xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkimi, mammoloq-radioloq, Şüa diaqnostika və şüa terapiyası kafedrasinin assistenti Günel […]

manset Siyasət

Prezident nazir müavinini təltif etdi

İlham Ərdəbil oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.  Xəbəral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, İ.Quliyev 2005-ci ildən Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışır. Bu gün onun 60 yaşı tamam olur.

İdman Manşetüstü

Millimizin futbolçusu La Liqa klubunun uğursuz transferi sayıldı

İspaniyanın “Eybar” klubunun 2014-cü ildən bəri ən uğursuz transferləri açıqlanıb. Xəbəral.az “Mundodeportivo” nəşrinə istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da yer alıb. 2015-ci ildə “Mursiya”dan icarə əsasında “Eybar”a keçən 28 yaşlı yarımmüdafiəçi həmin dönəmin ən uğursuz üç trasferindən biri olub. Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ilin avqustundan, İspaniya Sequndasında çıxış […]

Hadisə manset

Şamaxıda 18 yaşlı oğlan intihar etdi

Şamaxı rayonunda 18 yaşlı oğlan intihar edib. Xəbəral.az  xəbər verir ki, aprelin 26-sı saat 12 radələrində 2002-ci il təvəllüdlü Nurlan Babayev yaşadığı binanın girişində özünü kəndirlə asıb. O, həmin vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilərək kəndirdən çıxarılıb. N. Babayev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı […]

Hadisə manset

İmişli Rayon Yol İdarəsində özbaşınalıq: Kürdəmir-Zərdab magistral yoluna asfalt çəkimində şor kanaldan olan torpaqdan istifadə edilir – VİDEO

İmişli Rayon Yol İdarəsi Kürdəmir-Zərdab magistral yoluna asfalt çəkərkən qırabil əvəzinə şor kanaldan olan torpaqdan istifadə edib. Bu barədə Xəbəral.az-a vətəndaş video çəkiliş göndərib.Həvəskar çəkiliş edən vətəndaş qeyd edib ki, ölkə başçısı rayon yollarının inkişafına önəm verib sərəncamlar imzaladığı bir zamanda İmişli Rayon Yol İdarəsi rəhbərliyi koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq xüsusi karantin rejimindən […]

Cəmiyyət manset

Nazir yeni rəis müavini təyin etdi

Daxili işlər nazirinin əmri ilə Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini polkovnik-leytenant Səfər Nuriyev tutduğu vəzifədən azad edilib. Xəbəral.az xəbər verir ki, digər əmrə əsasən o, Baş Narkotiklə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə Regional Polis İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, S.Nuriyev 3 ilə yaxın Kürdəmir rayon Polis Şöbəsinin əməliyyat […]