Cəmiyyət

Spikerə yeni köməkçi təyin olundu

Milli Məclis sədri Sahibə Qafarovaya yeni köməkçi təyin olunub. Sədrin yeni köməkçisi Aqşin Hümmətovdur. Qeyd edək ki, Aqşin Hümmətov uzun müddət jurnalistika fəaliyyəti ilə məşğul olub. Bundan əvvəl Füzuli Abbasov parlament sədrinin köməkçisi vəzifəsində çalışıb. Lakin o, bir neçə gün əvvəl vəzifəsindən azad edilib. F.Abbasov Milli Məclisin Analitik informasiya şöbəsinə baş məsləhətçi təyinatı alıb.

Siyasət

İlham Əliyev bu ASC-yə vəsait ayırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev Göygöl rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Göygöl rayonunun əhalisi 13774 nəfər olan yeddi yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının […]

Cəmiyyət

Zakir Qaralovun səlahiyyət müddəti bitir

Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti başa çatır. Milli Məclis Zakir Qaralovu bu vəzifəyə sonuncu dəfə 2015-ci ilin aprelin 28-də təsdiqləyib. Qeyd edək ki, “Prokurorluq haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının Baş prokurorunun səlahiyyət müddəti beş ildir. Məlumat üçün bildirək ki, Zakir Qaralov 2000-ci ilin 25 aprel tarixindən Baş prokuror vəzifəsində işləyir.

Kriminal

Bakıda insan kəlləsi tapılıb

Martın 30-da Bakının Sabunçu rayonu, Nardaran kəndi ərazisindəki “Lahıc bağları” adlanan ərazidə insan kəlləsi tapılıb. Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib. Yerli sakinlər tapdıqları kəlləni Sabunçu Rayon Polis İdarəsinə təhvil veriblər. Məsələni ciddi araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşları “məyus” olublar. İlkin araşdırma zamanı məlum olub ki, kəllə sümüyü həqiqi deyil və yaxınlıqdakı məktəbdə tədris aləti kimi istifadə edilib. Belə […]

Cəmiyyət

Azərbaycanda kişi küçələrə düşüb, “Evdə qal” çağırışı etdi – VİDEO

Yevlax rayon sakini özünə məxsus avtomobili ilə yaşadığı kəndin küçələrinə düşüb, “Evdə qal” çağırışı edib. Baku TV xəbər verir ki, rayonun Ərəş kənd sakini, 54 yaşlı Mais Mehdiyev insanların karantin rejiminə əməl etməsi üçün belə çağırışlar səsləndirməyi vacib hesab edir. O, səsgücləndirici vasitəsilə gün ərzində həm avtomobil, həm də piyada olaraq 30 km yol qət edərək insanlara […]

Cəmiyyət

Xalq artistinin qardaşı faciəli şəkildə həlak oldu

Azərbaycan Xalq artisti Canəli Əkbərova ağır itki üz verib. Sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu faciəli şəkildə həlak olub. Belə ki, Fərail Əkbərov martın 30-da Rusiyanın Sankt-Peterburq şəhərində avtomobil qəzasında həyatını itirib. Mərhumun nəşini karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün Azərbaycana gətirə bilmirlər.

Cəmiyyət

Nərmanov icra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ VİDEO+FOTO

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin oğlunun taxdığı saat müzakirələrə səbəb olub. XəbərAl.az bildirir ki, sosial şəbəkələrdə Abdin Fərzəliyevlə və onun birinci müavini Şahmar İbadovla bağlı video paylaşılıb. Həmin videoda rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev və müavini Şahmar İbadov tənqid edilir. Qeyd olunur ki, adı çəkilən vəzifəli şəxslər pilot layihə adı ilə yaşayış binalarını […]