Dünya

Rusiyada qadın bir yaşlı uşağını doğum günündə döyərək öldürdü

Rusiyanın Krasnodar diyarında qadın martın 31-i bir yaşı tamam olan oğlunu döyərək qətlə yetirib. “Ren TV” xəbər verir ki, 28 yaşlı “ana” uşağın başına üç zərbə vurub. Körpə aldığı kəllə-beyin travmasından yerindəcə keçinib. Qeyd etmək lazımdır ki, qadın artıq həbs edilib və məhkəmə qarşısında cavab verməli olacaq.

Cəmiyyət

Bakı polisi vətəndaşlara müraciət etdi

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir. Bakı şəhər Baş Polis İdarəsi vətəndaşları şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa çağırır. Qurum həmçinin, vətəndaşlardan digər şəxslərlə minimum kontaktda olmağı, ünsiyyət zamanı iki […]

Cəmiyyət

Yevlax rəsmilərindən Çənlibeldəki bataqlıqla bağlı AÇIQLAMA

“Yevlax rayon İcra Hakimiyyəti tərəfindən Çənlibel yaşayış massivindəki bataqlılğın qurudulması məsələsi nəzarətdə saxlanılır”. Bu barədə Yevlax rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib. Yevlax rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Zaur Davudov qeyd edib ki, Yevlax şəhərinin böyük bir hissəsi çökəklikdə, əvvəllər bataqlıq olan ərazidə yerləşib: “Çənlibel yaşayış massivi qrunt sularının səviyyəsinin […]

Dünya

Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı

Bakının bir sıra apteklərində tibbi (etil) adı altında satılan metil spirtindən zəhərlənmə nəticəsində daha iki nəfər ölüb. Bu günə qədər zəhərlənən 12 nəfərdən yeddisi həyatını itirib. Bu barədə Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib. Aprelin 2-də, saat 03:40 radələrində 1963-cü il təvəllüdlü Adil Yaxşıyev Bakının Suraxanı rayonundan Toksikoloji Mərkəzə çatdırılıb. Məlum olub ki, o, […]

Siyasət

İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi zamanı görülən işlərlə tanış oldu – YENİLƏNİB + VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib. Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin […]

Cəmiyyət

Tanınmış İdmançı xalqa çağrış etdi: Gəlin bu bəladan birlikdə qurtulaq

Xəbəral.az saytı xəbər verirki, dünyada və Azərbaycanda geniş yayılan Koronavirusla bağlı sosial şəbəkələr vasitəsi ilə bir çox məşhurlar insanların evdən çıxmaması üçün müraciətlər edir.Bunlardan da biri tanınmış idmançı Anar Süleymanov olub ki, öz Facebook səhvəsində həm yazı həmdə video ilə insanlara evdəqal çağrışı edib. Həmin paylaşımı sizlərə təqdin edirik Dostlar and olsunki, men bunu reklam […]

Cəmiyyət

İcra başçısının maşını “protiv” getdi: Yol polisi görüb “çest” verdi – VİDEO

Abşeron Rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobili ilə törədilən qayda pozuntusu kameraya düşüb.  Görüntüləri oxuculardan biri avtosfer.az-ın redaksiyasının elektron ünvanına göndərib. Aprelin 1-i Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 01-AA-001 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü ayırıcı zolağın sol tərəfi ilə tam olaraq əks istiqamətdə hərəkət edib. Sürücü əks istiqamətdə hərəkət etdikdən sonra qarşıdakı svetoforun […]

Cəmiyyət

Fəzail Ağamalı: Şəhidlərimizə rəhmət diləyirəm,ruhları şad olsun!- Amin

Bu gün 2016 – ci il Aprel döyüşlərindən 4 il keçir. Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən olan Aprel döyüşləri Ermənistana və onun himayədarlarına sarsıdıcı zərbə endirdi. 4 günlük uğurlu hərbi əməliyyat düşmən ölkənin siyasi və hərbi elitasını, Ermənistan cəmiyyətini vahiməyə saldı, Azərbaycanın Silahlı Qüvvələrinin gücünü və döyüş hazırlığını, vətənpərvərliyini və qəhrəmanlığını nümayiş etdirdi. Düşmən xeyli […]

Cəmiyyət

Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlandı – ÖLƏN YOXDUR – SON DƏQİQƏ

Azərbaycanda 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. “Bizimxeber.az”a daxil olan məlumata görə, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.  Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxan 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta […]

Cəmiyyət

Cəlal İsayev: “Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər” – VİDEO

“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. Bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməlidir: “Xəstəliyin […]