Cəmiyyət

Yevlax rəsmilərindən Çənlibeldəki bataqlıqla bağlı AÇIQLAMA

Sharing is caring!

“Yevlax rayon İcra Hakimiyyəti tərəfindən Çənlibel yaşayış massivindəki bataqlılğın qurudulması məsələsi nəzarətdə saxlanılır”.

Bu barədə Yevlax rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib.

Yevlax rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Zaur Davudov qeyd edib ki, Yevlax şəhərinin böyük bir hissəsi çökəklikdə, əvvəllər bataqlıq olan ərazidə yerləşib:

“Çənlibel yaşayış massivi qrunt sularının səviyyəsinin yüksək olması və İsrafil Məmmədov küçəsinin çökəklikdə yerləşməsi səbəbindən ətraf ərazilərdən qrunt suları bura axır. Uzun illər mövcud olan bu vəziyyət ərazidə qamışlığın yaranmasına səbəb olub. Yevlax Şəhər İcra Hakimiyyəti qeyd olunan ərazidə bataqlığın qurudulması məsələsini nəzarətdə saxlayır”.

Açıqlamada ölkə başçısının Yevlax şəhəri ilə bağlı imzaladığı sərəncam da diqqətə çatdırılıb:

“Sərəncama əsasən, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına “Azərsu” ASC-yə 5,0 mln. manat vəsait ayrılıb.

Sərəncamın icrası ilə bağlı Yevlax şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün hazırda layihə sənədləri hazırlanır. Layihədə sözügedən ərazinin çirkab və qrunt sularının axıdılması məqsədilə yüksək təzyiqli nasos stansiyasının tikilməsi nəzərdə tutulub. Bu da qeyd eilən ərazidə problemi həll etməyə imkan verəcək”.

Qeyd edək ki, Yevlax şəhərinin Çənlibel yaşayış massivi, İsrafil Məmmədov küçəsində yaşayan sakinlər yığılıb qalan qrunt sularından əziyyət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir