İdman Manşetüstü

Ukraynalı futbolçu: “Syominin vaxtında “Qəbələ”də qızıldan dağlar var idi” – MÜSAHİBƏ

Sharing is caring!

“Qəbələ”nin sabiq futbolçusu Ruslan Fomin ölkəsi Ukraynanın “football.ua” saytının suallarını cavablandırıb.

Xəbəral.az  müsahibənin Azərbaycanla bağlı hissəsini təqdim edir…

– “Qəbələ”, “Atırau” və “Apollon”da çıxış etdiyiniz dövrlərdən hansı müsbət təəssüratlarınız qalıb?

– Daha çox mənfi məqamlar yadımda qalıb. Bu mərhələlər mənim üçün elə də yaxşı alınmadı. Azərbaycanda olduğu kimi, Qazaxıstanda da mənə çətin idi. Evə qayıtmaq və özümü futbolçu kimi hiss etmək istəyirdim. Əminlik olmayanda məşqə gedirsən, amma heç nə etmək istəmirsən. Bu isə o deməkdir ki, ya nəyisə dəyişmək, ya da futbolla qurtarmaq lazımdır. Yeni emosiyalar üçün Ukrayanya qayıtmağı arzulayırdım.

– Azərbaycanda mətbuatın bütün futbolçulardan tələbi böyükdür, yoxsa bu, sadəcə əcnəbilərə aiddir?

– Əlbəttə, bəli, onların mətbuatı… Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycana gələn hansısa legioner futbolçu medianın təzyiqinə, tənqidinə məruz qalmalıdır. Onlar hər zaman bizi tənqid edirdilər: “Qəbələ”yə baxın, Qriqorçuk özü ilə futbolçularını da gətirib”. Sanki yalnız dördümüz – mən, Mixail Sivakov, Aleksey Qay və Dmitri Bezotosnı komandaya çempionluq qazandırmalı idik. Bu, komandanın daxilində də belə idi və kənardan da görünürdü ki, münasibət birmənalı deyil. Dili bilmirsən, amma hiss edirsən ki, yaxşı şeylər danışmırlar. Səninlə üzbəüz danışırlar, gözlərinin içi gülür. Amma arxanca isə səni təhqir edə, alçalda bilərlər. Bu gərginlik komandada da hiss olunurdu.

– Bəs Roman Qriqorçuk komandanı ardıcıl 2 dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarandan sonra sizə münasibət dəyişdi? 

– Düşünürəm ki, vəziyyət bundan sonra dəyişdi. Qriqorçuk onların şüurları altında yenidən formalaşdı. Bizdən sonra oraya ukraynalılardan yalnız Aleksey Antonov və Vitali Vernidub getdi ki, onlar da çox qalmadılar. Ukraynadan başqa, dünyanın müxtəlif ölkələrindən olan futbolçulara daha çox üstünlük verdilər. İlk təcrübə bir az narahat oldu. Yəqin, buna görə daha ukraynalılara baxmadılar. Başqa bazarlara yönəldilər ki, bu da öz nəticəsini verdi.

– Amma maliyyə imkanlarına baxmayaraq, “Qəbələ” çempionluq qazana bilməyib…

– Orada vəziyyət artıq əvvəlki kimi deyil. Yuri Syominin vaxtında “Qəbələ”də, ümumiyyətlə, qızıldan dağlar var idi. Bu, Azərbaycanın ən zəngin klubu sayılırdı. Deyilənə görə, legionerlər Qəbələdə deyil, Bakıda yaşayırdılar. Əyalətdə qalmaq mümkün deyildi. Yalnız otel, 2 meydança və bir stadion var. Ərazidə heç yerə çıxa bilmirsən. Hansısa kinoteatrdan danışmaq yersizdir. Orada, yəqin, bunun nə olduğunu da bilmirlər.

– “Qəbələ”də birlikdə oynadığınız həmvətənlərinizlə əlaqə saxlayırsınız?

– Çox nadir hallarda. Amma hərdən olur ki, yazışırıq. Bezotosnı və Qayla bu yaxınlarda mesajlaşmışdıq. Bayramlarda bir-birimizi təbrik edirik. Mixail Sivakovun ad günündə ona yazmışdım. Yaxından ünsiyyət qurmuruq. Lakin görüşəndə çox isti münasibət göstəririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir