Dünya manset

Rusiya hərbi donanması bu ölkəyə daxil oldu

Rusiyanın Sakit okean donanması Bruneyin Muara limanına daxil olub. XəbərAl.az xəbər verir ki, bu barədə Sakit okean donanmasının mətbuat xidməti informasiya yayıb. Bruneyə daxil olan gəmilər arasında “Varyaq” raket kreyseri, “Admiral Panteleyev” gəmisi və “Peçenqa” tankeri də olub. Gəmilərin Bruneyi 7 noyabrda tərk edəcəyi gözlənilir.

manset Siyasət

General: “Naxçıvanda zabitlərin mənəvi-psixoloji dayanıqlığı yüksək səviyyədədir” – VİDEO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətinə davam edən zabitlərlə növbəti təlim-metodiki toplantı keçirilib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən toplantıda kəşfiyyat hazırlığından maneələr zolağının dəf edilməsi, taktiki hazırlıqdan tanklarla mübarizə qaydaları və […]

Hadisə manset

Bakıda binanın damı uçdu – Foto

Ötən gün Bakıda müşahidə edilən güclü külək bır sıra fəsadlara yol açıb. XəbərAl.az-ın  məlumatına görə, paytaxtın Xətai rayonu, S.Mehmandarov küçəsində yerləşən binanın dam örtüyü güclü külək nəticəsində uçaraq ətrafa dağılıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatına əsasən, ötən gün şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft […]

Dünya manset

Rusiya kəşfiyyatından Bağdadi açıqlaması: Sübut yoxdur

İŞİD lideri Əbubəkr Bağdadinin öldürüldüyünə dair əlimizdə bir sübut yoxdur. XəbərAl.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib. “Əlimizdə yüz faiz əminliklə danışmağımıza imkan verəcək bir material yoxdur”, – Narışkin söyləyib. Qeyd edək ki, bir neçə gün əvvəl Prezident Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib […]

Dünya manset

Türkiyənin daxili işlər naziri: “İŞİD üzvləri öz ölkələrinə geri göndəriləcək”

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, İŞİD terror qruplaşmanın saxlanılan üzvləri öz ölkələrinə geri göndəriləcək. XəbərAl.az  xəbər verir ki, bu barədə “Hürriyyet” məlumat yayıb. Qeyd edilir ki, nazir həmin məsələdə narazılığını ifadə edib. “Bu, bizim üçün qəbuledilməzdir. Bundan başqa, məsuliyyətsizlikdir”, – deyə nazir Avropanın Türkiyəni İŞİD əsirlərinin sonrakı taleyinin həlli problemi ilə üz-üzə qoymağa çalışan hərəkətlərini […]

Dünya manset

Malidə bomba partlayışı zamanı fransız əsgəri həlak olub

Yelisey sarayı Malidə terrorçuluğa qarşı əməliyyatın gedişatında fransız hərbi qulluqçusunun həlak olduğunu bildirib. XəbərAl.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatda bildirilir. Qeyd edilir ki, hərbçi hadisə zamanı minanın partladığı zirehli avtomobilin yanında olub. “Respublika prezidenti (Emmanuel Makron – red) Malidə əməliyyat zamanı Ronan Puantonun yanından keçdiyi avtomobildə partlayıcı qurğunun partlaması nəticəsində həlak olmasını […]

Bölgə manset

MN: Düşmən pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəsi pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Aşağı Əskipara, Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun […]

Hadisə manset

Qobustanda yol qəzasında ölənlərin adları məlum olub – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Qobustanda baş verən qəza ilə bağlı rəsmi məlumat yayıb. XəbərAl.az nazirliyin rəsmi səhifəsinə istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı […]

Gündəm manset

Sinan Oğandan Əlizadəyə: Biz bu şərəfsizə zorla…

Türkiyəli siyasətçi, keçmiş millət vəkili Sinan Oğan millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan 3D verilişində qonaq olarkən türklərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib. XəbərAl.az xəbər verir ki, S.Oğan bu barədə Tvitter səhifəsində yazıb. O, “Əbülfəz Elçibəy: ”Türk deyiləm” deyənə qarşı əsla israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verməyəcəyik”, – […]