manset Siyasət

Prezident Rəşad Nəbiyevi qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edib.

Cəmiyyət manset

“Nar” müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir

  “Nar” müştərilərin ehtiyac və gözləntilərini qarşılamaqla onların məmnuniyyətinin artmasına davamlı investisiya yatırır. Mobil operator hər zaman müxtəlif müştəri qruplarının konkret ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir”. Bunu “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke “Business Time” jurnalına geniş müsahibəsində deyib. Onun sözlərinə görə, “Nar”ın abunəçilərin seçiminə çevrilməsinin əsas səbəbi müştəri yönümlü məhsullardır: “Bizim xidmətlər hər […]

Manşetüstü Region

Gürcüstan parlamenti Keşikçidağa görə toplanır

Gürcüstan parlamentinin deputatları Eka Beseliya və Zviad Kvaçatiradzenin təşəbbüsü ilə ölkə parlamentində Keşikçidağ məsələsiylə bağlı qapalı görüş keçiriləcək. XəbərAl.az  xəbər verir ki, qapalı görüşdə Gürcüstanın Demarkasiya və Delimitasiya üzrə Dövlət Komissiyasının sədri Laşa Darsaliya deputatların suallarına cavab verəcək. Eka Beseliya jurnalistlərə açıqlama verərək, deputatların dinləməyə ciddi əhəmiyyət verdiklərini bildirib: “Biz Çiçxituri və Udabno monastırları haqqında […]

manset Siyasət

İlham Əliyev Britaniyanın ticarət elçisi ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib. XəbərAl.az  xəbər verir ki, Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirən dövlət başçısı enerji sahəsində Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb. Prezident İlham Əliyev qeyri-neft sektorunda əməkdaşlığın inkişafı üçün […]

manset Sosial

Bu şəxslərin pensiyası artımla birgə veriləcək – Bu aydan

Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar “Əmək pensiyaları haqqında” Qanuna əsasən həmin kateqoriyaya aid pensiyaçıların pensiya məbləğlərinin artırılması işləri artıq başa çatmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan XəbərAl.az-a verilən məlumata görə, fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən […]

Dünya manset

Ərdoğandan sensasion addım: 48 ədəd Su-35…

Türkiyə və Rusiya arasında yaxın vaxtlarda Su-35 qırıcılarının satışı ilə bağlı müqavilə imzalanması ehtimalı çox yüksəkdir. XəbərAl.az xəbər verir ki, bu barədə “Yeni Akit” nəşri adı açıqlamayan türk rəsmiyə istinadən yazıb. “Görüşlər olduqca yetkin xarakter alıb. Anlaşma çox uzaq görünmür”, – nəşrə danışan mənbə bildirib. Türkiyəli rəsmi müzakirə prosesində son rəqəmlərin dəyişəcəyini istisna etməsə də, […]

Hadisə manset

Bakıda keçmiş məhkumdan gecəyarı – Cinayət

Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi olub. XəbərAl.az xəbər verir ki, hadisə oktyabrın 28-nə keçən gecə rayonun Ə.Əliyev küçəsində baş verib. Bakı şəhər sakini M.Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobilində olan şəxs ona məxsus 182 manatı götürək qaçıb. Zərərçəkmiş baş verən hadisə ilə bağlı 17-ci polis şöbəsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu […]

Dünya manset

“Putin mənə söz verdi ki, Türkiyənin…” – Paşinyandan şok sözlər

“Rusiya Prezidenti Vladimir Putin mənə söz verdi ki, Türkiyənin əməliyyat bölgəsindəki ermənilərin təhlükəsizliyi təmin ediləcək”. XəbərAl.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Paşinyan müsahibədə Türkiyə ordusunun Suriyadakı əməliyyat bölgəsində minlərlə erməninin yaşadığını bildirib: “Vladimir Putin Rusiyanın Suriya ermənilərinin təhlükəsizliyinə zəmanət verəcəyini və sözünə əməl edəcəyini vəd etdi. Suriyanın […]

Kriminal manset

Bakıda cinayət törədən qadın tutuldu

Bakının Sabunçu rayonunda oğurluq olub. XəbərAl.az xəbər verir ki, 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 1800 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini N.Ellazova saxlanılıb.

Dünya manset

Merkelə ağır zərbə – Millətçilər seçkidə üstünlük qazandı

Almaniyanın şərq əyalətlərində keçirilən yerli seçkilərdə mərkəzçi sağ partiyaların ciddi səs itirmələri, əvəzində aşırı sol və sağ partiyaların seçkilərdən güclü çıxması narahatlıq yaradıb. XəbərAl.az xəbər verir ki, Şərqi Almaniyada əyalət seçkilərində Sol Partiya səslərini 2,8 faiz artıraraq 31 faizlə qələbə əldə edib. Səslərini 12,8 faiz artıran Alternativ Almaniya Partiyası 23,4 faizlə ikinci olub. Kansler Angela […]