AKTUAL manset

Azərqaz İB-nin Zərdab rayon şöbəsinin işçiləri ölkə başcısı İlham Əliyevə şikayət etdilər-VİDEO

XəbərAl.az xəbər verir ki,Zərdab rayonunda bir qrup xidməti müqavilə ilə işləyən işçilər Azərqaz İB-dən ölkə başcısı İlham Əliyevə şikayət ediblər. XəbərAl.az mətni sizlərə təqdim edir: Hörmətli cənab Prezident! Bu gün Azərbaycan əhalisi cənab Prezident Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür: “Ona görə də əhali Sizə inanır və cənab Prezident […]

Manşetüstü Mədəniyyət

Azərbaycan Bəstəkarlar İttifaqının katibləri məlum olub – SİYAHI

Azərbaycan Bəstəkarlar İttifaqına iki katib və bir məsul katib seçilib. İttifaqın Mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, oktyabrın 31-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib. İclasda İdarə heyətinin üzvləri tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov və tanınmış musiqişünas, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova yekdilliklə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının katibləri seçiliblər. İclas iştirakçıları həmçinin tanınmış musiqişünas, sənətşünaslıq […]

AKTUAL manset

Oktay Güləliyevin avtomobillə vurulma hadisəsinin qəsdən törədilməsi əsassızdır – RƏSMİ

“Xəbər verildiyi kimi, oktyabr ayının 29-u saat 17:22-də paytaxtın Nəsimi rayonunun 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, piyada, Bakı şəhər sakini Oktay Güləliyevin avtomobillə vurulması faktı üzrə cinayət işi başlanaraq istintaq aparılır. Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hadisənin guya qəsdən törədilməsinə dair əsassız informasiyalar yayılmaqdadır”. […]

Hadisə manset

Şabranda yol qəzası baş verib, ölən və yaralanan var

Şabran rayonunda yol qəzası baş verib. XəbərAl.az-ın məlumatına görə, hadisə Bakı-Gəndab-Rusiya avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2106”  markalı avtomobil qəzaya uğrayıb. Nəticədə bir kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onun həyat yoldaşı isə hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

AKTUAL manset

Prezident daha 4 sərəncam imzaladı

Prezident İlham Əliyev Kənd təsərrüfatı işçilərinə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az sərəncamın mətnini təqdim edir: Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilsin: Əzimov İlham Müqbil oğlu Hacıyev Rahət Tofiq oğlu Quliyev Babakişi Orucəli oğlu. *** İlham Əliyev M.M.Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi […]

manset Siyasət

Prezidentdən yeni başçılara: Əgər eşitsəm ki…

Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr – bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. […]

Kriminal manset

Azərbaycanda silahlı insident – 2 nəfər güllələndi

Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib. Köçəsgər kəndinin sakinləri Məmmədov Qabil Ələsgər oğlu (1968) və Əlləcov Yüsif Əsgər oğlu (1959) kürək nahiyələrindən güllə yarası alıblar. Yaralılardan biri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, digəri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.(Report)

Cəmiyyət manset

Mehriban Əliyevadan Bakı ilə bağlı paylaşım – Foto

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Bakı şəhərinin 31 oktyabr – Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar paylaşım edib. XəbərAl.az-ın  məlumatına görə, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr – Dünya Şəhərlər […]

AKTUAL manset

Nazirlik əlilləri bir yerə topladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf  Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlərə başlanıb. Nazirlikdən XəbərAl.az-a bildirilib ki, ilkin olaraq 5 şəhər və rayonda – Sumqayıt şəhərində, Abşeron, Zaqatala və Bakının Binəqədi, Sabunçu […]