Dünya manset

“İstefa verməsə, ölkə Suriyaya çevriləcək” – Xəbərdarlıq

İraqın baş naziri Adil Əbdülmehdi istefa verməsə, axan qanlar dayanmayacaq. XəbərAl.az xəbər verir ki, bu sözləri İraqda Sədr Hərakatının lideri Müqtəda əs-Sədr bəyan edib. Hərəkat lideri İraq baş nazirini nəzərdə tutaraq “İstefa verməsə, axan qanlar dayanmaz, İraqı Yəmən və Suriyaya çevirər. Bundan sonra heç bir şəkildə sizinlə koalisiyada iştirak etməyəcəyəm” fikirlərini işlədib. Qeyd edək ki, […]

İqtisadiyyat Manşetüstü

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,02 ABŞ dolları və yaxud 1,54% azalıb. XəbərAl.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,28 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) […]

Bölgə manset

Düşmən atəşkəsi 20 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, […]

Gündəm manset

ABŞ Türkiyəyə qarşı qərəzini açıq elan etdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımı haqqında qətnamə qəbul etməsi beynəlxalq hüquq normalarına ziddir. Bu sözləri XəbərAl.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımını tanıması haqqında qərarından danışarkən deyib. O bildirib ki, tarixçilərin araşdırıb qərar verəcəyi məsələyə ABŞ Konqresində bir neçə dəqiqəyə qərar verilməsi ədalətsizlik və siyasi mahiyyətlidir: “ABŞ Konqresinin […]

manset Siyasət

Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə görüşüb. Xarici İşlər Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, T.Klaar Azərbaycanın Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etməsinə görə təbriklərini çatdırıb. Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakı Zirvəsinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə […]

Hadisə manset

Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb

Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb. XəbərAl.az-ın məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib. Belə ki, təxminən, 40 yaşlı Saray qəsəbə sakini Esmira adlı xanımı (soyadı dəqiqləşdirilir – red) “Volkswagen” markalı, “99-NM-092” dövlət nömrə nişanlı avtomobil vurub. Qadın aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.

İqtisadiyyat Manşetüstü

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (31.10.2019)

Son qiymət Əvvəlki günün qapanışı ilə fərq İlin əvvəli ilə fərq Əmtəə Neft Brent (dollar/barel) 60,82 -0,56 7,02 Neft WTI (dollar/barel) 55,15 -0,1 9,74 Qızıl (dollar/unsiya) 1 499,40 8,60 218,10 İndekslər Dow-Jones 27 186,69 115,27 3 859,23 S&P 500 3 046,77 9,88 539,92 Nasdaq 8 303,98 27,13 1 668,70 Nikkei 22 911,85 38,96 2 897,08 […]

Dünya manset

Kanadada naməlum şəxs atəş açıb, 5 gənc yaralanıb

Kanadanın Toronto şəhərində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 5 nəfər yaralanıb. XəbərAl.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin nümayəndəsi bildirib. Hospitala yerləşdirilmiş yaralılar 16-18 yaşlı oğlanlar və qızlardır. Onların vəziyyəti ağırdır. Məlumata görə, polis hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər barəsində axtarış-əməliyyat tədbiri keçirir.

Manşetüstü Mədəniyyət

Azərbaycanlı və gürcü musiqiçilər Tbilisidə birgə konsert proqramı ilə çıxış ediblər

Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində azərbaycanlı və gürcü musiqiçilərin iştirakı ilə birgə konsert proqramı təqdim olunub. XəbərAl.az  xəbər verir ki, tədbir muzeylə yanaşı Azərbaycanın Beynəlxalq Muğam Mərkəzi (BMM) və Gürcüstan Dövlət Folklor Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Konsertdə Azərbaycanın xalq artisti Mənsum İbrahimov “Qarabağ” muğam qrupu ilə, gürcüstanlı aşıq Nargilə Mehtiyevanın rəhbərlik etdiyi […]

Cəmiyyət manset

“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq” yarışı davam edir

  XəbərAl.az xəbər verir ki,təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”ın baş sponsorluğ ilə ölkənin ən maraqlı intellektual yarışı olan “Breyn Rinq”in 14-cü mövsümü davam edir. 11 universitet və 15 region komandası arasında gedən gərgin mübarizədə oktyabr ayının qalibi “Nar” komandası olub. Hər il olduğu kimi bu il də mobil operator intellektual verilişin […]