AKTUAL manset

Rövşən Rzayev: “Bu ilin sonuna qədər 3700-dən çox mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək”

“İki gün öncə Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak etdi. Orada 1300 ailə məskunlaşdırılacaq. Həmin mənzillərdə özəl sektor tərəfindən mətbəx mebelləri qoyulur. Soyuducalar hədiyyə olunur. Yəni özəl sektor tərəfindən inşa edilən mənzillərdə qayda belədir. Dövlət Komitəsi tərəfindən isə tikilən mənzillərə mətbəx avadanlıqları verilir. Hazırda bu istiqamətdə püşkatma mərhələsinə […]

Hadisə manset

Qadını döyüb, ata bağlayıb sürüdülər – Dəhşət

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər. Report-un məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlıarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və […]

Dünya manset

Tramp “pisin pisi”ni Suriyadan çıxardı

ABŞ Prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının “Bitlz” adlı cəlladlar qrupundan 2 terrorçunun Suriyadan aparıldığını açıqlayıb. XəbərAl.az xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında yazıb. “Kürdlərin və ya Türkiyənin nəzarəti itirməsi ehtimalını nəzərə alaraq, ABŞ artıq 2 İŞİD döyüşçüsünü buradan çıxarıb və ABŞ nəzarətindəki əraziyə aparıb. Onlar pisin pisidir!” – Tramp bildirib. Qeyd edək […]

Dünya manset

Çavuşoğlu əməliyyata qarşı çıxanlara elə sözlər söylədi ki…

Öz göbəyimizi özümüz kəsəcəyik və bizim üçün həyati əhəmiyyəti olan bu hərəkatı uğurla başa vuracağıq. XəbərAl.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib. “Bizim dərdimiz terrorçulardır. Kimsə digər məsələlərin arxasına sığınaraq bu əməliyyata qarşı çıxmasın. Yəməndə o qədər insanı öldürdünüz, ac buraxdınız. İndi hansı üzlə bu hərəkata qarşı […]

İqtisadiyyat Manşetüstü

Azərbaycan neftinin qiyməti artıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,385 ABŞ dolları və yaxud 2,28% artıb. XəbərAl.az  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,025 dollar təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Manşetüstü Mədəniyyət

Professor Aida İmanquliyevanın anadan olmasından 80 il ötür

Bu gün dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür. XəbərAl.az xəbər verir ki, Aida İmanquliyevanın anadan olmasından 80 il ötür. Aida xanım 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan […]

İqtisadiyyat Manşetüstü

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.10.2019)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. XəbərAl.az xəbər verir ki, avronun məzənnəsi 0,22% artaraq 1,8677 manat, Rusiya rublunun məzənnəsi isə 0,38% artaraq 0,0262 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1.7000 1 Avro 1.8677 1 Rusiya rublu 0.0262 1 Avstraliya dolları 1.1467 1 Argentina pesosu 0.0293 1 Belarus rublu 0.8217 […]