Araşdırma manset

“Yataqxanada çürüyürəm” deyən kişinin yalanı üzə çıxdı – ŞOK

Yataqxanada yaşadığını deyən piket iştirakçısının evi var. Bu, Yaşar Cəfərovdur. O, Zəngilan rayonundan məcburi köçkündür. Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin binası ətrafında keçirdiyi piketdə evsizlikdən, yataqxanada çürüməsindən şikayətlənirdi. REAL Yaşar Cəfərovun problemi ilə maraqlanmağa çalışıb. Araşdırma nəticəsində məlum oldu ki, Yaşar Cəfərov AMEA-nın Kimya İnstitunda bağban, həyat yoldaşı Kifayət isə BDU-da xadimə işləyir. Qaçqın […]

Manşetüstü Təhsil

Zərdab Rayon Təhsil Şöbəsinin Müdiri Tutduğu Vəzifədən Azad Edilib

Zərdab rayon Təhsil şöbəsinin müdiri Lalə Əmrəliyeva tutduğu vəzifədən azad edilib. XəbərAl.az xəbər verir ki,bu barədə Fakttv.com-a təhsil şöbəsindən məlumat verilib. Bildirilib ki,Lalə Əmraliyevanın işdən çıxarılması ilə bağlı qərar günün ikinci yarısında verilib. Digər bir məlumata əsasən o, öz istəyi ilə işdən azad olunub. Qeyd edək ki, Lalə Əmraliyeva  2016-cı ildən Zərdab rayon Təhsil şöbəsinin […]

Dünya manset

İrandan Türkiyəyə tələb: Əməliyyatı dayandırın!

İran hökuməti Türkiyənin Suriyada apardığı hərbi əməliyyatın dərhal dayandırılmasını və qoşunların bu ölkədən çıxarılmasını tələb edir. XəbərAl.az xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında deyilib. “Ciddi humanitar təhlükə və regiondakı dinc sakinlərlə bağlı risk daşıdığı üçün İran XİN hücumların dərhal dayandırılması və Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisindən çıxarılmasında təkid edir”, – İran XİN-dən bildirilib. […]

Dünya manset

Terrorçular Türkiyəyə hücum etdi: 17 yaralı

Suriyada YPG-PKK terror qruplaşmalarının nəzarətindəki ərazilərdən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə minaatan mərmiləri ilə zərbə endirilib. XəbərAl.az xəbər verir ki, mərmilərdən bəziləri Şanlıurfanın Ağcaqala, Birecik, Ceylanpınar, Mardinin Nusaybin ilçələrinə düşüb. Hücum zamanı 17 dinc sakin yaralanıb. “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar Şanlıurfanın sərhəd bölgələrində məktəblərdə iki günlük tətil elan edilib.

manset Siyasət

İlham Əliyev Türkmənistana getdi

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gedib. XəbərAl.az xəbər verir ki, Aşqabad beynəlxalq hava limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.

Kriminal Manşetüstü

İnsanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb dələduzluq edən şəxs saxlanılıb

Bakıda insanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə mənimsəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs tutulub. Araşdırma zamanı müəyyən edilib […]

Dünya manset

Ukrayna prezidenti erməni nazirə ilin sonunadək vaxt verib

“Mənim Arsen Avakov qarşısında nə öhdəliyim, nə də ona borcum var”. Fakttv.com TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə mətbuat marafonunda jurnalistlərin sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, Ukraynanın erməni etnik qrupunun təmsilçisi olan daxili işlər naziri Arsen Avakovun ilin sonunadək sınaq müddətində olduğunu vurğulayıb: “Mənim Arsen Avakov qarşısında nə öhdəliyim, nə də […]

manset Siyasət

YAP-da “Qarabağ Azərbaycandır” Münaqişənin həlli perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Qarabağ Azərbaycandır” Münaqişənin həlli perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib. XəbərAl.az-ın xəbərinə görə, tədbirdə Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin […]

İdman Manşetüstü

Bakı Olimpiya Stadionu MDB-də ən çox tamaşaçı tutumuna malik arenalar sırasında yer alıb

Bakı Olimpiya Stadionu Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində olan arenaların “Top-10”a düşüb. XəbərAl.az xəbər verir ki, Azərbaycanın paytaxtındakı arena “TurStat” portalının tamaşaçı tutumuna əsasən hazırladığı siyahıda 3-cü yerdə qərarlaşıb. Rəqəmlərin yuvarlaq şəkildə göstərildiyi cədvəldə ilk sırada Rusiyanın paytaxtı Moskvadakı “Lujniki” stadionu yer alıb. 1. “Lujniki” (Moskva, Rusiya) – 81,000 2. “Olimpiyski” (Kiyev, Ukrayna) – 70,000 […]

Hadisə manset

Kiyevdə öldürülən azərbaycanlı tələbə Bakıda magistr təhsili alırmış

“Kiyevdə qətlə yetirilən tələbə Cavid Hacıyev İqtisad Universitetinin tələbəsidir. Bizim universitetdə magistr təhsili alırdı. Bizə onun hansı şəraitdə dünyasını dəyişdiyi bəlli deyil”. Bu fikirləri XəbərAl.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Fariz Əhmədov tələbənin ölümü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, qətlə yetirilən tələbə nümunəvi gənc olub: “Cavid Hacıyev […]