Dünya manset

Rusiya BMT Təhlükəsizlik Şurasının sədri oldu

BMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Rusiyaya keçdi. Bu barədə RİA “Novosti” xəbər verir. Rusiya xarici işlər nazirinin birinci müavini Dmitri Polyanski qeyd edib ki, ölkənin XİN rəhbəri Sergey Lavrov bəzi iclaslarda iştirak edə bilər. Bundan başqa, sentyabr ayında çoxlu sayda tədbirin keçirilməsi planlaşdırılır, onların bəziləri regional əməkdaşlığa həsr olunacaq. Rusiyanın BMT TŞ-də sədrliyinin tam proqramı sentyabrın […]

Dünya manset

Aviaşou zamanı təyyarə qəzaya uğradı

Kanadanın Alberta şəhərində aviaşou zamanı baş verən kiçik təyyarə qəzasında bir nəfər ölüb. XəbərAl.az-ın məlumatına görə, bu barədə “CTV” telekanalı bildirib. Məlumata əsasən, hadisə yarmarkanın keçirildiyi Smit şəhəri yaxınlığında baş verib. Kanada Nəqliyyat Nazirliyinin əməkdaşları araşdırmaya başlayıb. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.

Cəmiyyət Maqazin

312 ədəd partlamamış hərbi sursat tapılıb

ANAMA 2019-cu ilin avqust ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) XəbərAl.az-a bildirilib ki, 2019-cu ilin avqust ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Qazax, Tərtər rayonları, Gəncə və Lənkəran şəhərləri ərazisində 839 034 m² (83,90 ha) ərazi yoxlanılıb, 312 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd […]

Gündəm Manşetüstü

Cəbhədən xəbər var

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy […]

Dünya manset

1,35 milyard ödədik, təyyarəni vermirlər – Ərdoğan

Pulunu ödədiyimiz təyyarələr (F-35) bizə təhvil verilmir. XəbərAl.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “1 milyard 350 milyon dollar ödəniş etdik. Pilotlarımızın təlimi sona çatdırılır. Bəs, biz nə edəcəyik? Biz əziz türk millətinin övladıyıq. Nə lazımdırsa, onu da edəcəyik. Rusiyada sərgidə iştirak etdik, narahat oldular. Əlbəttə, gedəcəyik. Harada nə varsa, […]

Dünya Manşetüstü

Türkiyədə zəncirvari qəza – ölən və yaralananlar var

Türkiyənin Burdur vilayətində üç avtomobilin iştirak etdiyi qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. XəbərAl.az-ın məlumatına görə, Hadisə Burdur-Yaşeliova yolunda baş verib. Qəza nəticəsində avtomobil sürücüsü və sərnişin də daxil olmaqla yeddi nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onlardan birini xilas etmək mümkün olmayıb.

Hadisə Manşetüstü

İsmayıllıda 22 yaşlı gənci cərəyan vurdu

İsmayıllıda 22 yaşlı gəncbədbəxt hadisə nəticəsində dünyasını dəyişib. XəbərAl.az xəbər verir ki, hadisə İvanovka kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Jaben Aleksandr Nikolayeviç yaşadığı evdə elektrik naqilini təmir edərkən ehtiyatsızlıq edib və cərəyan onu vuraraq öldürüb. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon Şöbəsinə aparılıb. […]

manset Sosial

Müəllimlərin maaşları artırıldı – Bu gündən…

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 18-də imzaladığı Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında və Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam qüvvəyə minib. XəbərAl.az xəbər verir ki, sentyabrın 1-dən […]