Cəmiyyət Manşetüstü

“Nar+” ilə 5 hesabı birdən idarə etmək imkanı!

“Nar+” ilə 5 hesabı birdən idarə etmək imkanı! Müştəriyönümlü strategiyasını uğurla davam etdirən mobil operator “Nar”, rəqəmsal formatda və real rejimdə şəxsi hesablara nəzarət etmək imkanı verən “Nar+” tətbiqini artıq bir aydır ki, abunəçilərinin istifadəsinə verib. Bu qısa müddət ərzində 35.000-dən çox “Nar” abunəçisi tətbiqi yükləyərək qeydiyyatdan keçib. Tətbiqin daha bir unikal xüsusiyyəti eyni anda […]

Dünya Manşetüstü

Kralın baş mühafizəçisinin dəfnində diqqətçəkən detal – Foto

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin ötən gün qətlə yetirilən şəxsi mühafizəçisinin dəfn mərasiminə kral Salmanın qatılmaması diqqət çəkib. XəbərAl.az xəbər verir ki, Ciddə şəhərində dostu Mahmud Ben Maşaal tərəfindən güllələnən briqada generalı Əbdüləziz bin Bəddah əl-Fağım üçün cənazə namazı Kəbədə qalınıb. 2002-ci ildən bəri kralı mühafizə edən və ona ən yaxın şəxs kimi tanınan […]

AKTUAL manset

İlham Əliyev bu icra başçısını işdən çıxardı – Yeni təyinat

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az sərəncamın mətnini təqdim edir: “Ənvər Qasım oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”. Prezidentin digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dünya manset

Pakistan baş naziri Ərdoğanla planını açıqladı: “Birgə mübarizə üçün…” – Foto

Pakistan Baş naziri İmran Xan Tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkilmiş fotosunu paylaşaraq, tərəflər arasında anlaşmaya dair mesaj verib. XəbərAl.az  xəbər verir ki, fotoda Ərdoğan və İmran Xanla yanaşı, Malayziya Baş naziri Maxatxir Məhəmməd də yer alıb. Pakistan baş naziri paylaşımında üç ölkənin quracağı ingilisdilli telekanalın BBC formatında olacağını bildirib: “BBC-yə oxşar ingilis […]

manset Siyasət

İlham Əliyev fransız senatorla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XəbərAl.az xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərini salamlayıb: “Azərbaycana xoş gəlmisiniz, sizi salamlayıram. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli rol oynayacaq. Bu […]

Kriminal manset

Hüseyn Abdullayev və anasına hökm oxunacaq – Hakimlər müşavirədə

Sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, onlarla birlikdə mühakimə olunan Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Nazim Əliyev, Zaur Quliyevin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi keçirilib. XəbərAl.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Hüseyn Abdullayev son sözlə […]

manset Siyasət

“Partiya sədriyəm, maşın saxlamaq üçün 10 dəfə fırlanıram”

“Mən özüm partiya sədriyəm, qərargahın qarşısında maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram. Şəhərdə parklanma yerləri yoxdur, amma gəlib hamını cərimələyirlər”. XəbərAl.az  xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyin müzakirəsində deyib. Deputat qeyd edib ki, həmin adamların məqsədləri odur ki, daha çox cərimə yazıb […]

Kriminal manset

“Gəncə hadisələri”nə görə tutulan 4 nəfər azadlıqda

“Gəncə hadisələri”nə görə həbs olunanlardan 4 nəfər azadlığa buraxılıb. XəbərAl.az-ın verdiyi xəbərə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin kollegiyası bu işlə bağlı təqsirləndirilən 8 nəfərə hökm oxuyub. Məhkəmənin hökmü ilə Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Hüseynov və Emil Məmmədov azadlığa buraxılıb. Babək Əliyev 15 il, Həbib Qurbanov 8 il, Mirzə Hüseynov və Asif Cavadovun […]

AKTUAL manset

Rafael Cəbrayılov deputat mandatından imtina etdi – Yenilənir

Mandat vəsiqəsini girov qoyub borc götürməklə gündəmə gələn millət vəkili Rafael Cəbrayılov parlamentə müraciət edib. XəbərAl.az xəbər verir ki, o, Konstitusiyaya müvafiq olaraq mandatından özü imtina etməsi ilə bağlı müraciət edərək istefa vermək qərarına gəlib. Qeyd edək ki, deputatın müraciətini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub. Ə. Hüseynli bildirib ki, protokol […]

Cəmiyyət manset

“Loqos” elmi-publisistik psixoloji jurnalın yeddinci sayı işıq üzü görüb-FOTO

XəbərAl.az xəbər verir ki,”Loqos” elmi-publisistik psixoloji jurnalın yeddinci sayı işıq üzü görüb. 3 aydan bir nəşr edilən jurnalın bu dəfəki sayında ötən 3 ay ərzində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin filiallarında baş verən mühüm tədbirlər, əməkdaşlıqlar haqqında geniş məlumat, günümüzün aktual problemlərinə psixoloq yanaşması yer alıb. Eyni zamanda, jurnalın yeni buraxılışında məktəb fobiyası, erkən […]