Bölgə manset

Cəbhədə GƏRGİN GECƏ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı […]

Manşetüstü Sosial

Kirayə yolla mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Bu il…

“Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanın imzalanmasından sonra ötən müddətdə nə işlər görülüb və hansı evlər kirayə olaraq təklif olunacaq?” XəbərAl.az xəbər verir ki, bu suala İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov cavab verib. İqtisadçı ekspert bildirib ki, kirayə evlərə müraciətin nə zaman başlanacağı CESD-ə ən çox […]

Hadisə Manşetüstü

“Gəncə məhbusu” həbsdə öldü

Gəncə hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən Eşqin Quliyev Penitensiar Xidmətin müalicə müəssisəsində ölüb. Bunu XəbərAl.az-a açıqlmasında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. O, məhbusun ötən gün dünyasını dəyişdiyini bildirib: “Quliyev Eşqin Zahid oğlun Pentensiar Ximətin tabeliyində olan müəssisəyə daxil olan gündən tibbi müayinədən keçirilib və onda bir sıra infeksion xəstəliklər […]

Dünya manset

Ermənistanda hərbi maşınlar DƏHŞƏT YAŞADI: ölü və çox sayda yaralı var

Ermənistanda 4 hərbi yük maşını toqquşub. XəbərAl.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Ermənistanın Müdafiə Nazirliyinin açıqlamasına görə, olay Arteni-Karakert avtomobil yolunda baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Toqquşan avtomobillərin hamısı Müdafiə Nazirliyinə məxsusdur. Qəzanın səbəbi araşdırılır.

Hadisə Manşetüstü

Bakıda gənc qızın evini “dağıtdığı” müğənni imiş – Foto

Bakıda dəstə üzvləri tərəfindən oğurlanan seyfin sahibi estrada müğənnisidir. XəbərAl.az-ın xəbərinə görə, ötən həftə Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan estrada müğənnisi Fuad Musayevə məxsus mənzildən içərisində 1800 ABŞ dollar olan seyf oğurlanıb Hadisə vaxtı Rusiyada olan müğənni oğurluq faktı ilə bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Bolis Bölməsinə (PB) müraciət edib. Səbail RPİ-in Cinayət […]

AKTUAL manset

Qarabağ əlilləri ilə SOCAR əməkdaşlarının davası haqda – Rəsmi açıqlama

“Sosial şəbəkələrdə polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. İddia olunan hallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb, yaranan münaqişədə polis əməkdaşlarının iştirakı təsdiqlənmir”.  Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabrın 28-də günorta […]

Hadisə manset

Paytaxtda 32 yaşlı qadın doğuş zamanı öldü

Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb. Hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı “39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü” diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək […]

İqtisadiyyat Manşetüstü

Neft yenidən bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,03% artaraq 1 barelə görə 61,93 dollar təşkil edib. XəbərAl.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,20% artaraq 56,02 dollar təşkil edib.

Dünya manset

Polşa Avropa Birliyinə qarşı çıxdı

Polşanın Romadakı səfiri Anna Mariya Anders miqrantların Avropa Birliyi ərazisində paylaşdırılması üzrə yeni razılaşmanı ölkəsinin qəbul etmədiyini bildirib. XəbərAl.az xəbər verir ki, səfir Polşanın yalnız dil və ənənələr baxımından xalqa yaxın ölkələrdən gələn miqrantları qəbul edəcəyini açıqlayıb: “Avropa Birliyi yenidən bölüşdürülməni istəyir, amma biz fikrimizi dəyişməyəcəyik. Rəsmi Varşava onsuz da çox iş görür. Polşada bir […]

Dünya manset

Səudiyyə kralının yaxın adamı öldürüldü

Səudiyyə kralının ən yaxın mühafizəçilərindən olan general Əbdüləziz bin Beddah öldürülüb. XəbərAl.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan SPA məlumat yayıb. Bildirilir ki, Əbdüələziz bin Beddah Ciddədə dostunun evində olarkən Al Ali adlı digər şəxslə mübahisə edib. Bu zaman Al Ali atəş açıb və general ağır xəsarət alıb, həmçinin evdəki […]