Dünya Manşetüstü

Hindistanda təbii fəlakət 140-a yaxın can aldı

Son günlər Hindistanın şimal ştatlarında baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ən azı 134 nəfər həyatını itirib. XəbərAl.az xəbər verir ki, bu barədə “Hindustan Times” ölkə hakimiyyətinə istinadən xəbər yayıb. Təbii fəlakətdən daha çox Uttar-Pradeş və Bihar əyalətlərinin zərər çəkdiyi qeyd olunur. Bu bölgələrdə daha çox insan ölüb – 127 nəfər. Daşqın və bundan […]

Gündəm manset

Milli Məclisin iclası başladı

Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb. XəbərAl.az xəbər verir ki, iclasa Milli Məclisin sədri Oqtay Əsədov sədrlik edir. Sessiya Azərbaycan dövlət himninin oxunması ilə başlayıb. Qeyd edək ki, payız sessiyasının bu gün keçirilən plenar iclasının gündəliyinə 20 məsələ daxildir.

Manşetüstü Şou-Biznes

Roza qızı ilə tədbirə qatıldı – Geyimi qalmaqal yaratdı/Foto

Müğənni Roza Zərgərlinin tədbirə geyindiyi açıq-saçıq əlbisəsi tənqid edilib. XəbərAl.az xəbər verir ki, fotonu instaqramda rəqqasə Fatimə Fətəliyeva paylaşıb. Fotoda Roza Zərgərli ilə yanaşı qızı Bənövşə Allahverdiyeva da yer alıb. Tranparans əlbisəsi ilə diqqət çəkən Roza Zərgərlinin sinəsi və ayaqları çöldə qalıb. Şəbəkə izləyiciləri ifaçının ünvanına “Rozanın 40 sm artıq parça almağa pulu yox idi?” […]

İqtisadiyyat Manşetüstü

USAID Azərbaycanda özəl sektoru dəstəkləmək üçün yeni layihənin icrasına başlayır

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda özəl sektora dəstək üzrə yeni “Private Sector Activity” (PSA) layihəsinin icrasına başlayır. Təşkilatın Mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, 15 milyon dollar dəyərində olan layihənin icrasına bu payız start veriləcək. Onun müddəti 5 il olacaq. PSA rəqabət qabiliyyətini artırmaq, biznesə dəstək xidmətlərini gücləndirmək və mikro, kiçik və orta sahibkarlığın inkişafı yolundakı maneələri azaltmaq üçün […]

AKTUAL manset

Dünyanın ən güclü HƏRBİ HAVA QÜVVƏLƏRİ – Siyahıda Azərbaycan da var

Aviasiya sənayesi ilə bağlı yayım edən “Flight International” dərgisi Dünya Hərbi Hava Qüvvələrinin yeni hesabatını hazırlayıb. XəbərAl.az xəbər verir ki, siyahıda Azərbaycan da yer alıb. Əlifba sırası ilə dünya ölkələrinin malik olduğu döyüş təyyarələrinin sayını təqdim edirik (təlim təyyarələri daxil edilməyib) Əfqanıstan – 12 qırıcı 12 x EMB-314 (A-29) Sifarişi verilən: 6 x EMB-314 (A-29) […]

manset Siyasət

Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilib

Prezident Kasım-Jomart Tokayevin fərmanına əsasən, Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub. Bu barədə XəbərAl.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. S.Abdıkarimov 1976-cı il mayın 11-də Karaqanda şəhərində anadan olub. 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətinə 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. O, […]

İdman Manşetüstü

Premyer Liqa: “Sabah” ilk dəfə böyük hesabla qalib gəlib

“Sabah” komandası Premyer Liqa tarixində ilk dəfə böyük hesabla qalib gəlib. XəbərAl.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, VI turun “Səbail”lə görüşünə təsadüf edib. İqor Ponomaryovun rəhbərliyi altında ilk matçına çıxan komanda 3:0 hesablı qələbə qazanıb. 2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” bunadək 3 və ya daha çox fərq ilə […]

AKTUAL Manşetüstü

DİM: Daha 1298 tələbə pulsuz təhsil alacaq

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. Dövlət İmtahan Mərkəzindən XəbərAl.az-a verilən məlumata görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib. Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq […]

Manşetüstü Şou-Biznes

İdmançı ilə evli olan Zenfira İbrahimova özündən çıxdı: “Sizin ailəniz…”

Müğənni Zenfira İbrahimova ailəsini qısqananları tənqid atəşinə tutub. XəbərAl.az xəbər verir ki, Zenfira İbrahimova bu sözləri deyib: “Ayağımın altında toz qədər hörməti olmayan insanların haqqımda fikir bildirmələri nahaq, danışmaları çox qəribə deyilmi? Nə etsəniz mən ola bilməyəcəksiniz. Çünki sağlam ailəniz yoxdur. Beləcə, qıraqdan baxıb içiniz alovlanacaq. Mən sizlərdən deyiləm. Artıq ayılın, özünüzə baxın. Kimisə müzakirə […]