Dünya

İtaliyada turistlərin olduğu adada vulkan püskürüb

Siciliya adasının şimalındakı Stromboli adasında yerləşən vulkan oyanıb. Bir neçə partlayışdan sonra vulkandan səmaya tüstü qatı qalxıb. Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb. Şahidlərin bildirdiyinə görə, vulkanın zirvəsindən aşağıya doğru iki lava axını müşahidə edilib. Vulkandan püskürən yanar təbəqə turistlərin istirahət etdiyi ada boyunca […]

Hadisə

Bakıda 5 yaşlı uşağı avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı azyaşlı xəsarət alıb. APA xəbər verir ki, Mərdəkan qəsəbəsi, 28 may küçəsində 2015-ci il təvəllüdlü Həsənli Uğur Dəyanət oğlunu “VAZ 2107” markalı avtomobil vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib. O, əməliyyt olunub. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

AKTUAL

Haitidə tropik qasırğası 5 nəfərin ölümünə səbəb olub

Haiti adasında meydana gələn güclü tropik fırtınaları nəticəsində azı 5 nəfər ölüb. APA xəbər verir ki, bu barədə “France Press” agentliyi yerli xilasetmə orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, iki nəfər paytaxt Port-o-Prensdə ölüb, digər üç yeli sakinin meyiti isə Site-Soley şəhərciyində aşkar olunub. Port-o-Prensdəki qəsəbələrin birində su axınları onlarla birmərtəbəli evləri dağıdıb. Nəticədə təxminən […]

Dünya

Honduras sahillərində gəmi batıb, 26 nəfər ölüb

Honduras sahillərində balıqçı gəmisinin batması nəticəsində azı 26 nəfər ölüb. Xeberal “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “La Tribuna” qəzeti respublikanın silahlı qüvvələr rəsmisi Xose Dominqo Mesuya istinadla məlumat yayıb. Məlumata görə, Qrasiyas-a-Dos departamentinin şimalında batan gəminin göyərtəsində ümumilikdə 73 nəfər olub ki, onların da 47-si xilas edilib. Gəminin batmasının səbəbləri barədə məlumat […]

Dünya

Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini açıqlayıb

Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar aparmasının şərtlərini açıqlayıb. Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin seçkiqabağı vədinə əməl edəcəyi təqdirdə Zelenski ilə danışıqlara hazır olduğunu bəyan edib. Rusiya lideri xatırladıb ki, seçkiqabağı kampaniya müddətində V.Zelenski “Donbassdakı vətəndaşları ilə birbaşa əlaqə yaradacağına və onları separatçı adlandırmaqdan əl çəkəcəyinə” dair vəd […]

Hadisə

Sabirabadda çobanın meyiti aşkar edilib

Sabirabadda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Sarıcalar kəndində qeydə alınıb. Səhər saatlarında kənddə yerləşən fermalardan birindən çobanın asılmış vəziyyətdə meyiti aşkar olunub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çəlb olunub. İntihar etmiş şəxsin adı və intiharın səbəbləri aydınlaşdırılır. Faktla bağlı Sabirabad prokurorluğu tərəfindən araşdırma aparılır.