İdman

Minsk-2019: Azərbaycan ilk “onluq”da qərarlaşıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ikinci yarış günündə 24 dəst medal sahibini tapıb. APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 24 ölkə təmsilçiləri mükafatçılar sırasına düşməyi bacarıb. Bunlardan yalnız doqquzu qızıl medal sevinci yaşamağa müvəffəq olub. Siyahıya doqquzu qızıl olmaqla, 18 medal qazanan Rusiya başçılıq edir. Azərbaycan millisi bu gün 4 mükafat qazanıb. […]

İdman

Minsk-2019: Üçüncü günün gündəliyi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının üçüncü günü rekordla əlamətdar olacaq. APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 10 gün davam edəcək yarışda ən çox medal məhz iyunun 23-də sahibini tapacaq. Gün ərzində 10 növ üzrə yarışlar baş tutacaq. 7 idman növü üzrə 37 dəst mükafat veriləcək. Azərbaycan idmançıları 6 növdə qüvvələrini sınayacaqlar. Boksçular […]

İdman

“Qarabağ” Bolqarıstan klubuna məğlub olub

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” yeni mövsümün hazırlıqları çərçivəsində ilk yoxlama oyununu keçirib. APA-nın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasına hazırlıq çərçivəsində Bolqarıstan təmsilçisi “Ludoqorets”lə qarşılaşıb. Görüş hər iki komandanın təlim-məşq toplanışında olduğu Avstriyada baş tutub. Hər hissədə bir qol vuran Bolqarıstan təmsilçisi klubu “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, Ağdam […]

İdman

Braziliya darmadağınla qrup qalibi olub

Braziliyada keçirilən Amerika kubokunda III tura start verilib. APA-nın məlumatına görə, baş tutan iki oyunla dörd komanda üçün qrup mərhələsinə yekun vurulub. Boliviyanı 3:1 hesabı ilə məğlub edən Venesuela 2-ci yerin sahibi kimi 1/4 finala adlayıb. Braziliya isə Perunu 5 cavabsız qolla darmadağın edib. “Sambaçılar” bu qələbə ilə qrup qalibi olublar. Amerika kuboku III tur, […]

İdman

Qurban Qurbanov: “Rəqibimiz kifayət qədər güclü idi”

“Normal oyun keçdi. Avstriyada ilk oyunumuz olmasına baxmayaraq, rəqibimizin bir az asan olmasını istərdik”. APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 47 yaşlı mütəxəssis Avstriya toplanışı çərçivəsində baş tutan “Lüdoqorets”lə (Bolqarıstan) yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Q.Qurbanov 0:2 hesablı məğlubiyyətə şərh verib: “Bugünkü rəqibimiz kifayət qədər güclü idi. Bu oyunun bizim üçün […]

Hadisə

Şirvan sakini özünü asaraq intihar edib

Şirvan şəhərində intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, Şirvan sakini, 1990-cı il təvəllüdlü Gülməmmədli Rəfail Eyyub oğlu özünü yaşadığı M.İbrahimov küçəsi, 88A ünvanında asaraq intihar edib. İntiharın səbəi hələlik məlum deyil. Qeyd edək ki, intihar edən gənc Şirvan Mənzil İstisamar İdərəsinin rəisi Eyyub Gülməmmədovun oğludur. Faktla bağlı Şirvan Prokuroluğu tərəfindən araşdırma aparılır.

Hadisə

Binəqədidə yaşayış binasında yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 54 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Xeberal-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə

Astarada avtomobil körpüdən aşıb, 3 nəfər xəsarət alıb

Ötən gecə Astarada minik avtomobili körpüdən aşıb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Röyal Əlizadənin idarə etdiyi “Mercedes” markalı avtomobilin körpüdən aşması nəticəsinə sərnişinlər – Yektarə Cəfərova (1962), Ağabəyim Cəfərli (1992) və Abdulla Cəfərli (1994) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində Y. Cəfərovanın müalicəsi davam etdir. […]

Hadisə

Bakıda yataqxanada yanğının qarşısı alınıb

Bakı şəhərinin Sabunçu rayonunda dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı yanıb. Xeberal-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

manset

Nazir Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib

Daxili işlər naziri, polis general-leytenantı Vilayət Eyvazov iyunun 22-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib. DİN-dən APA-ya bildirilib ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının qəbul üçün müraciət edən 22 sakini ilə görüşən Daxili İşlər naziri onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun […]