Region

Mingəçevirdə almaniyalı uşaq ikimərtəbəli evdən yıxılaraq ağır xəsarət alıb

Mingəçevirə qohumlarına qonaq gələn ikiyaşlı almaniyalı uşaq ikimərtəbəli evdən yıxılaraq ağır xəsarət alıb APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə şəhərin Samux küçəsində baş verib. Həmin ünvanda yerləşən ikimərtəbəli fərdi yaşayış evinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yıxılan uşaq 2017-ci il təvəllüdlüdür. O, ağır xəsarət alıb. Şəhər xəstəxanasına çatdırılan yaralı tibbi yaradım aldıqdan dərhal sonra Gəncədə yerləşən klinikalardan […]

Bölgə

Şəkidə baş verən güclü yanğın tam söndürülüb

Şəkidə 500 hektar taxıl sahəsi yanıb, 4 fərdi yaşayış evinə ziyan dəyib. APA-nın məlumatına görə, bu gün günorta saatlarında rayonun Aydınbulaq kənd inzibati ərazisində taxıl sahələrində başlayan yanğın axşam saatlarında tam söndürülüb. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Şəki və ətraf rayonları DYMH-nin 9 yanğınsöndürən maşınları və 100 nəfərdən çox şəxsi heyətləri cəlb edilib. Yanğının söndürülməsində […]

Secme Xeberler

Lenta.ru Azərbaycan xalqından üzr istəyib

Rusiyanın lenta.ru portalı Azərbaycan xalqından üzr istəyib. APA-nın Moskva bürosunun verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, 23 iyun 2019-cu il tarixində “Lenta.ru” saytında Konstantin Dvoretskinin «Они заводят любовников втайне от мужа и хвастаются подругам» başlıqlı məqaləsi dərc olunub: “Bununla bağlı bildiririk ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən […]

Kriminal

Sabunçu rayonunda 2 maşın toqquşub, 2 nəfər xəsarət alıb

Kürdəxanı dairəsində baş verən qəza zamanı İlqar adlı şəxsin idarə etdiyi “VAZ 21012” markalı minik avtomobili ilə Cavid adlı şəxsin idarə etdiyi “Volkswagen Passat” markalı maşın toqquşub. APA xəbər verir ki, ilkin məlumata görə, hadisə “Volkswagen”-in geriyə dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Qəza zamanı “VAZ 21012”-də olan sürücü İlqar və onun həyat […]

Hadisə

Bakıda 22 yaşlı gənci avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb

Nərimanov rayonunda avtomobil piyadanı vuraraq qaçıb. APA xəbər verir ki, hadisə ATU-nun Onkoloji Klinikasının yaxınlığında baş verib. Naməlum avtomobil 1996-cı il təvəllüdlü Hüseynzadə Heydər Şakir oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb. Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona sol qolun əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Hadisə

Bakıda 35 yaşlı kişini bıçaqla hədələyərək pulunu alıblar

Binəqədi rayonunda quldurluq hadisəsi baş verib. APA xəbər verir ki, Biləcəri qəsəbəsində 1982-ci il təvəllüdlü Məmmədov Habil Yusif oğlu küçədə gəzərkən naməlum şəxs ona yaxınlaşaraq bıçaqla hədə qorxu gəlib. Naməlum şəxs onun 150 manat pulunu alaraq qaçıb. H.Məmmədov faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinə şikayət edib.

Secme Xeberler

BMT-nin xoşməramlı səfiri: Bakıya çoxdan vurulmuşam

“Hər dəfə Bakıya böyük məmnuniyyətlə gəlirəm. Bakıya çoxdan vurulmuşam. Hər dəfə gələndə Azərbaycan xalqının qonaqpərvərliyinin onların həyat tərzi olduğunu anlayıram”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) yaranmasının 10 illiyi ilə bağlı yubiley tədbirində iştirak edən BMT-nin ətraf mühit üzrə xoşməramlı səfiri, əfsanəvi rus xokkeyçisi Vyaçeslav Fetisov bildirib. O, Bakı şəhərinə heyran […]

İdman

Şəhriyar Məmmədyarov dünya və Avropa çempionlarına seans keçib

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Bakı Gənclər Mərkəzində seans keçirib. APA-nın məlumatına görə, seansda FİDE və beynəlxalq ustalar, həmçinin, 18 yaşadək dəfələrlə dünya, Avropa və Azərbaycan çempionları iştirak ediblər. Dörd saat davam edən təlimdə Murad İbrahimli, Xəzər Babazadə və kiçik yaşlı Rafael şahmatçı Bayramlı hərəyə 0,5 xal toplayıblar. Nəticədə seans 26,5:1,5 hesabı ilə yekunlaşıb.

Hadisə

Bakıda gecə klubunda dava olub, bıçaqlanan var

Səbail rayonunda 21 yaşlı gənc bıçaqlanıb. APA xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən gecə klublarından birinin yaxınlığında baş verib. 21 yaşlı Balakişiyev Səbuhi Vüqar oğlu klubda mübahisə etdiyi naməlum şəxs tərəfindən bıçaqlanıb. Ayağından 2 bıçaq yarası alan S.Balakişiyev 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Kriminal

Suraxanıda 19 yaşlı oğlanı maşın vuraraq ağır xəsarət yetirib

Suraxanı rayonunun Ramana qəsəbəsində minik avtomobili 2010-cu il təvəllüdlü İbrahimli Həsən Emil oğlunu vurub. APA xəbər verir ki, hadisə H.İbrahimlinin yaşadığı evin yaxınlığında baş verib. Ağır xəsarət alan yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.