manset

Beşqat dünya çempionu Ehram Məcidova hökm oxunub – 3 il 6 ay

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum […]

AKTUAL

Azərbaycanın sabiq nazirinin oğlu radikal dini təriqətə üzv olub

Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə isə onun dini baxışları ilə bağlı xəbərlər yayılıb. Faktaz.com “Yeni Müsavat”a istinadən xəbər verir ki, Y.Abbasov Londonda radikal dini təriqət üzvü olub. Onun sələfi olduğu haqda məlumatlar dolaşır. Yunis Abbasov uzun illərdir ki, Londonda yaşayır. […]

manset

“Loqos” da “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.

26 İyun “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü” ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi, “Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə “Loqos” un rəhbəri Təranə Məmmədova, Binəqədi Rayon […]

AKTUAL

Şirməmməd Hüseynov vəfat etdi

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov bu gün 95 yaşında evində vəfat edib. AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat verib. Qeyd edək ki, Şirməmməd Hüseynov 1924-cı ildə […]

manset

Gənc yazarlar AYB-dən üz döndərdi-Çəkişmə

Ölkə rəhbərliyi biz gənclərə hər zaman qayğısı, diqqəti ilə hər bir vətəndaşa örnəkdir. Respublika rəhbərliyi hər sahəyə olduğu kimi, ədəbiyyat sahəsinə də diqqət ayırır. Amma görünür, ədəbiyyatın başbilənləri AYB-ni şəxsi mülk sayırlar. Azərbaycan yazıçılar birliyindən narazılıqlar çox geniş vüsət alıb. Birliyin katibləri kimisə birlikdən uzaqlaşdırır, kimisə sıxışdırır. Son günlər şair Elşad Baratı Çingiz Abdullayevin maşınlarından […]

Hadisə

Bakıda polis idarəsi qarşısında piyadanı maşın vurdu

Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xeberal “Report”a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Əliyev Firudin Əli oğlu Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi qarşısında yolu keçərkən onu maşın vurub. Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona təpə və sol baldır nahiyələrinin sıyrılmış yaraları diaqnozu qoyulub.

Dünya

Atasının cəzasını oğluna kəsdilər: mülklərinə həbs qoyuldu

Çernoqoriyada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun səhmlərinə həbs qoyulub. Xeberal qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət “Sanata”, Montenegro Management Group” və “Casino Avala Budva”dan gedir. Xüsusilə “Avala” kazinosu Ələkbər İsmayılovun Çernoqoriyada ən çox ziyarət edilən məkanıdır. Kazino məşhur çimərliklərdən birinin yaxınlığında Budvanın tarixi hissəsində yerləşir. Podqoritsa şəhər məhkəməsi VTB bankın vəkillərinin […]

İqtisadiyyat

Azərbaycanda “Sığorta Həftəsi” başladı

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının […]

Dünya

Manyak məsciddə qıza təcavüz etmək istədi

Konya şəhərində 62 yaşlı Mazhar O. məsciddə tələbə K.Y-yə təcavüz etmək istəyib. Xeberal Türkiyə mətbuatına istinadən xəbər verir ki, universitet tələbəsi gənc qızı 62 yaşlı kişi zorla öpüb, qucaqlamağa çalışıb. Məlumata görə, 20 yaşlı universitet tələbəsi K.Y günorta namazı qılmaq üçün məscidin qadınlar bölümünə gedib. Namaz qılan gənc qızın yanına, Quran oxuyarkən təqaüdçü Mazhar.O gəlib. […]