Xarici siyasət

Azərbaycan və Moldova XİN başçıları arasında telefon danışığı olub

30 noyabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy ilə telefon danışığı baş tutub. XİN-in Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, nazir Ceyhun Bayramov moldovalı həmkarını təyinatı münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb. Nazir Aureliu Çokoy təbrikə görə təşəkkürünü bildirib. Nazirlər bölgədəki son […]

Xarici siyasət

İraq Parlamentinin Baş katibi Azərbaycan Prezidentinə məktub ünvanlayıb

İraq Parlamentinin Baş katibi Servan A.İsmail Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. XəbərAl.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Ermənistanla atəşkəs razılaşmasının imzalanması və ərazi bütövlüyünüzün bərpası münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi atəşkəs razılaşması bölgədə ədalətin bərqərar olmasında mühüm mərhələdir. Mən və çoxmilyonlu xalqımız Sizin […]

Xarici siyasət

Ermənilər öz çirkin məqsədləri naminə Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər – ŞƏRH + FOTO

Erməni sosial şəbəkə istifadəçiləri Qarabağdakı Rusiya sülhməramlılarına üstüörtülü hücumlar təşkil etməyə çağırırlar ki, sonra bunda Azərbaycanı günahlandırsınlar. “Telegram” kanallarının erməni istifadəçiləri Rusiyanın “DQR-in müstəqilliyini” tanıması üçün Abxaziya ssenarisindən istifadə etməyi təklif edirlər. “Şəhid paltarını geyinirik və gedib günahsız rusları öldürürük”, – erməni istifadəçilər yazırlar. Onların məntiqinə görə, bu vəziyyətdə rəsmi Moskvanı Azərbaycana qarşı qoymağa mümkün olacaq. […]

Xarici siyasət

Ermənistan prezidenti: “Bir neçə müharibədə məğlub olduq və bütün sahələrdə böhran yaşayırıq”

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın erməni icmasının bir qrup nümayəndəsi ilə görüşdə bir neçə müharibənin uduzulduğunu deyib. “Birincisi demoqrafik müharibədir․ 1994-cü ildəki atəşkəsdən sonra əhalidə artım olmadı. Bir əsgər sərhəddə dayandıqda daim arxasındakılara baxır. Arxasında heç kimin olmaması güclü düşüncəli bir əsgər üçün belə çətindir. Əraziyə insanları yerləşdirmək lazım idi”, – Ermənistan prezidenti bildirib. “Novosti Armeniya” […]

Xarici siyasət

Rusiyadan Xankəndiyə 60-dan çox hərbi həkim gəldi – VİDEO

Rusiya Xankəndiyə 60-dan çox hərbi həkim göndərib. Bu barədə “RİA Novosti” ölkənin Müdafiə Nazirliyinin açıqlamasına istinadla xəbər yayıb. Birinci hissəyə hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir. Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hərbçiləri artıq Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək ediblər.

Xarici siyasət

Toivo Klaar: “Aİ Cənubi Qafqazda sülh və təhlükəsizliyin gücləndirilməsində maraqlıdır”

Avropa İttifaqı (Aİ) bütün Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyinin təmin edilməsinə qətiyyətlə sadiqdir. XəbərAl.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi mümayəndəsi Toivo Klaar Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili ilə görüşdən sonra bildirib. O qeyd edib ki, tərəflər görüş zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər: “Biz bütün […]

Xarici siyasət

Ermənistan prezidenti Rusiyaya qeyri-rəsmi səfər edib

Ermənistan prezidenti Armen Sarkisyan Moskvaya yollanıb. “RİA Novosti”nin məlumatına görə, bu barədə dövlət başçısının Mətbuat Xidməti xəbər yayıb. Bildirilir ki, səfər qeyri-rəsmi xarakter daşıyır. Məlumata görə, o erməni diasporunun nümayəndələri ilə görüşəcək, Qarabağ və Ermənistandakı vəziyyət ətrafında müzakirələr aparılacaq.

Xarici siyasət

TBMM-in siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınadı

Ədalət və İnkişaf Partiyası, CHP, MHP və İYİ Partiyanın TBMM fraksiyaları birgə bəyanatla çıxış edərək Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınayıb. Bu barədə “Haber Global” məlumat yayıb. “Türkiyə Böyük Millət Məclisində fraksiyası olan siyasi partiyalar olaraq Fransa Senatının beynəlxalq hüquqa, əxlaqa və ədalətə zidd bir şəkildə Dağlıq Qarabağ münaqişəsinə dair 25 noyabr 2020-ci il […]

Xarici siyasət

Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağ münaqişəsini müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberg telefonla regional gündəmin aktual məsələlərini müzakirə edib. Bu barədə “Anadolu” Agentliyi Ankaradakı diplomatik mənbələrə istinadla xəbər yayıb. Məlumata görə, müzakirələr zamanı Çavuşoğlu və Stoltenberg Dağlıq Qarabağdakı vəziyyətə də toxunublar.

Xarici siyasət

Azərbaycan və Əfqanıstan XİN başçıları arasında telefon danışığı olub

Noyabrın 25-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər. 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra […]