Xarici siyasət

Ceyhun Bayramovla özbəkistanlı həmkarı arasında telefon bağlantısı olub

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub. Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması […]

Xarici siyasət

Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfəri məsələsinə XİN-dən SƏRT REAKSİYA

“Azərbaycan ərazisinə, o cümlədən, onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır”. Bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan KİV-lərində Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də, burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqlarına dair xarici mediada gedən fikirlərə […]

Xarici siyasət

Çavuşoğlu Bayramovu Laçın rayonunun azad olunması münasibətilə təbrik edib

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mövlud Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması münasibətilə təbriklərini bildirib. […]

Xarici siyasət

Ceyhun Bayramovun qətərli həmkarı ilə telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş Nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığı baş tutub. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə ediblər. Qətər xarici işlər naziri 10 noyabr 2020-ci il tarixində birgə bəyanatın imzalanmasını […]

Xarici siyasət

Çavuşoğlu NATO XİN rəhbərləri ilə Qarabağı müzakirə etdi – FOTO

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun XİN rəhbərlərinin videokonfrans formatında keçirilən iclasında iştirak edib. Bu barədə türkiyəli nazir “Twitter” hesabında yazıb. “NATO-nun gündəmindəki mövzulara əlavə olaraq Dağlıq Qarabağ, Şərqi Aralıq, Liviya və gəmimizə qarşı qeyri-qanuni müdaxilə haqqındakı fikirlərimizi vurğuladıq”, – deyə M.Çavuşoğlu bildirib.  

Xarici siyasət

Prezident: “Ermənistan üçün qatar getdi, o qatara minə bilərlər, əgər bizim icazəmiz olsa”

“Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan rəhbərləri kim olub? 20 il quldurlar – Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim […]

Xarici siyasət

Rusiyalı səfiri: “Azərbaycan Dağlıq Qarabağda xristian ziyarətgahlarının mühafizəsini təmin edə biləcək”

Azərbaycan Dağlıq Qarabağda xristian ziyarətgahlarının mühafizəsini təmin edə biləcək. TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu məsələ ilə bağlı danışıb. “Məsələn, noyabrın 23-də Ağdamdakı məscidi ziyarəti zamanı o, ölkədəki bütün tarixi abidələrin, o cümlədən Azərbaycanın nəzarətinə keçən ərazilərdəki erməni, alban, pravoslav […]

Xarici siyasət

İlham Əliyevdən Fransa parlamentinin təxribatçı addımına SƏRT REAKSİYA

“Prezident seçiləndən sonra ilk mərhələdə münaqişənin həlli ilə bağlı ümidlərim var idi. Çünki danışıqlar müəyyən dərəcədə gedirdi. Kiçik olsa da, bəzi tərəqqi əldə edilmişdi, baza prinsipləri əsasında müəyyən addımlar atılmışdı”. Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Prezidentin sözlərinə görə, işğal edilmiş torpaqların geri qaytarılması məsələsi bizi qane edirdi: “Ancaq […]

Xarici siyasət

Qarabağda Türkiyə-Rusiya Ortaq Mərkəzinin fəaliyyətinə dair müzakirələr tamamlandı – RƏSMİ

Noyabrın 11-də Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında Azərbaycan və Ermənistan arasında atəşkəsin tətbiqinin müşahidəsi və nəzarəti üçün video telekonfrans vasitəsilə anlaşma memorandumu imzalanıb. Türkiyə-Rusiya Ortaq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair müzakirələr artıq tamamlanıb və memorandum imzalanıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi […]