Şou-Biznes

Hollivud ulduzu özündən 30 yaş kiçik xanıma aşiq oldu

72 yaşlı Hollivud ulduzu Bill Mürrey özündən 30 yaş kiçik müğənni ilə sevgili olub. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktyor Kelis Rocerslə ilə ilə birlikdədir. Cütlük tez-tez birlikdə Britaniyada və ABŞ-da səyahətlərdə olur. Bill və Kelisin ortaq dərdləri birləşdirib. Onlar hər ikisi 3 il öncə həyat yoldaşlarını xərçəng xəstəliyi nəticəsində itiriblər.  

Şou-Biznes

Cennifer 60 milyon dollarlıq yeni villasını göstərdi

Dünya şöhrətli müğənni Cenifer Lopez 60 milyon dollarlıq villasını nümayiş etdirib. Lent.az-ın xəbərinə görə, Nyu-Yorkun Beverli Hilz rayonunda yerləşən malikanənin qiyməti 60,85 milyon dollardır. Ev ona və əri Ben Afflekə məxsusudur.”Vollinqford” adlanan malikanənin 12 yataq, 24  hamam otağı var.  Mlikanənin qarajına 12 avtomobil sığa bilir. Eyni zamanda bu mülkə məxsus parklama yerində 80 avtomobil rahat dayana […]

Şou-Biznes

Məşhur aktyora seksual zorakılıq İTTİHAMI

“Qara panter” filminin ulduzu Tenoç Uerte seksual təcavüzdə ittiham olunur. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, saksafon ifaçısı Mariya Rios aktyoru məhkəməyə verib. O bildirib ki, qara panter əsl seksual vəhşidir və çoxlu sayda qurbanları var. “Şöhrətinə görə sevilir, amma heç kəs onun qadınlara vurduğu psixoloji zərbələri bilmir”, – saksafonçu xanım bildirib.  

Şou-Biznes

“Sonu Emi Vinhaus kimi olacaq” – Britni Spersin ailəsindən iddia

Dünya şöhrətli pop ulduz Britni Spersin ailəsi maraqlı açıqlama ilə diqqət çəkməyə çalışıb.  Lent.az-ın xəbərinə görə, son günlər sosial şəbəkə hesabında paylaşdığı çılpaq fotoları ilə gündəmə gələn müğənninin ailəsi onun  psixoloji vəziyyətindən narahatlıq ifadə edib. “O, mərhum rok müğənnisi Emi Vinhausun irəlilədiyi faciəvi yolla gedir. Sonu Emi kimi olacaq”, deyə müğənninin ailə üzvləri bildiriblər. Bu […]

Şou-Biznes

Öz doğma anası “Dəmir Arni”nin “mavi” olduğunu düşünürmüş

Hollivud ulduzu Arnold Şvarsenegger maraqlı açıqlama verib. Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetmə çağlarında otağının divarından çılpaq bodibilder şəkilləri asdığı üçün anası onun homoseksual olduğunu düşünüb. “Həyatım bodibilder kimi şöhrətlənəndən sonra dəyişdi. Buna qədər cılız bir oğlan idim. Anam əvvəllər divarımdakı çılpaq kişi şəkillərini görüb dəli olurdu, mənim fərqli cinsi oriyentasiyaya malik olmağımdan […]

Şou-Biznes

Defne Samyelinden MARAQLI ETİRAF: “İstədiyim şəklə düşə bilirəm”

Məşhur aktrisa, keçmiş model Defne Samyeli maraqlı açıqlaması ilə diqqət çəkib. Lent.az-ın xəbərinə görə, qatıldığı teleproqramlardan birində 15 ildir yoqa ilə məşğul olduğunu deyən aktrisa öz bədəninə komanda verə bildiyini, bir həftəyə istədiyi şəklə düşdüyünü deyib. “Bu illər ərzində bədənimi tanıdım, nə istədiyini öyrəndim. Elə bir hala gəldim ki, beynimlə bədənimə komanda verməyi bacardım. Əzələlərimə hökm […]

Şou-Biznes

Hollivud ulduzu plastik əməliyyatın qurbanına çevrildi – Tanınmaz HALDA

Hollivud ulduzu, aktrisa Meq Rayan uzun müddət fasilədən sonra üzə çıxıb. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktrisa köhnə dostu Maykl Cey Foks haqqında çəkilmiş filmin təqdimat gecəsinə qatılıb. Meqanın plastik əməliyyatdan sonra tanınmaz hala düşməsi nəzərdən qaçmayıb. O isə, əməliyyatlar barədə deyilənləri təkzib edib.

Şou-Biznes

“Özümü qurban vermişəm” – Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında ilk dəfə şəxsi həyatı ilə bağlı danışıb. Lent.az-ın xəbərinə görə, "TikTok"da canlı yayım açan aktrisa göz yaşları içində ilk və son dəfə özü barədə danışdığını deyərək, şəxsi həyatını ailəsi üçün qurban verdiyini bildirib: "32 yaşım var, şəxsi həyatımı ailəmə qurban vermişəm. Elçilərim də olub, nişanlım da. Ərə getsəydim anama, […]