Şou-Biznes

Röyanın sinəsi fanatlarını heyran etdi

Dünən axşam xalq artisti Röya Ayxan əyləncə məkanlarından birində konsert  verib. Mahnıları canlı ifa edən müğənnin yeni obrazı da diqqət çəkib. Lent.az-ın məlumatına görə, Röya qısa saçlarını qaynaqla uzadıb və şərq stilində makiyaj etdirib. Ən çox diqqət çəkən isə Röyanın sinə dekoltesi olub. Cins şalvarı çəhrayı korsetlə tamamlayan müğənninin görünüşü fanatlarını heyran edib.

Şou-Biznes

Hollivud ulduzu COVID-ə qarşı peyvənddən sonra kor və iflic oldu

Hollivud ulduzu Ceymi Foks COVID-19-a qarşı peyvənd olunduqdan sonra səhhətində ağır problemlər yaranıb. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, peyvənd aktyoru kor edib və bədəni qismən iflic keçirib.  Onun bu ilin aprel ayında peyvənd olunduğu deyilir. Cəmiyyətdə narahatlıq yaranmaması üçün aktyorun başına gələnlər barədə heç yerdə məlumat verilməsə də, o susmaq istəməyib.  Bəzi media orqanları Ceymi Foksu […]

Şou-Biznes

Dünyanın ən varlı aktrisasının adı AÇIQLANDI

“Forbes” jurnalı Hollivud ulduzu Riz Uizerspunu dünyanın ən varlı aktrisası adlandırıb. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hazırda aktrisanın varidatı 440 milyon dollar dəyərindədir. 2021-ci ildə o öz şirkətinin aksiyalarını çox yüksək qiymətə satıb. “Sabah şousu” serialının 10 bölümündə çəkilmək üçün 20 milyon dollar tələb edib. Jurnal ötən il ən varlı aktyor kimi Dueyn Consonu 270 […]

Şou-Biznes

Al Paçino hamilə sevgilisindən atalıq testi tələb etdi

Hollivud aktyoru Al Paçino sevgilisi Nur Əlfəllahın hamiləliyi xəbərinə şübhə ilə yanaşıb. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktyor uşağın ondan olmadığını düşünərək atalıq testi tələb edib. Al Paçino sağlıq problemləri yaşadığını və bunun onsuzluğa səbəb olduğunu söyləyib. 83 yaşlı aktyorun 26 yaşlı sevgilisi Nurun bu tələbə nə cavab verməsi hələ ki məlum deyil. Al Paçinonun sevgilisi […]

Şou-Biznes

Hülya Afşardan paparazzillərə MESAJ: “Əziyyət çəkməsinlər”

Məşhur müğənni, aktrisa və aparıcı Hülya Afşar alış-veriş mərkəzlərindən birində olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, o bir neçə güvəndiyi istehsal şirkətlərindən başqa heç kimdən layihə qəbul etmədiyini bildirib. Hülya Afşar əsasən Acun Ilıcalı ilə iş birliyi qurur, onun təqdim etdiyi layihələrdə münsif qismində çıxış edir. Aktrisa “Bu yay “Ayvalık” qəsəbəsindəki bağ evində istirahət […]

Şou-Biznes

Seksual təcavüzdə ittiham olunan aktyor barədə QƏRAR

2021-ci ildə Hollivud ulduzu Armi Qammer seksual təcavüz və adam yemək iddiaları ilə həbs olunmuşdu. Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Emmi adlı köməkçisi aktyorla bağlı şikayət ərizəsi verərək, Arminin onun qanını içdiyini, ətini kəsib yediyini və dəfələrlə təcavüz etdiyini bildirmişdi. Los-Anceles Dairə Prokurorluğu Armi Qammerin cinayət işinə baxaraq, qərarını açıqlayıb. Aktyor haqqında səsləndirilən ittihamlar sübut olunmadığı üçün […]

Şou-Biznes

Elza Seyidcahanı təhqir etdilər

Əməkdar artist Elza Seyidcahan ekspertlik etdiyi proqramlardan birində iştirakçılardan biri ilə mübahisə edib.  Lent.az-ın xəbərinə görə, Əməkdar artistin Roman adlı iştirakçıya iradı onun xoşuna gəlməyib və aralarında yaranmış söhbət xeyli uzanıb. Romanın efirə geyinib gəldiyi mövsümə uyğun olmayan çox qalın, uzun qollu köynəyi Elza xanımı təəccübləndirib. “Qollarını pis günə qoymasaydın, açıq geyinərdin” deməklə iştirakçının narkotik istifadəçisi olmasına […]

Şou-Biznes

Kim Kardaşyanın yeni sevgi macərası başladı

Bir il öncə şoumen Pit Devidsondan ayrılan Kim Kardaşyan tənhalığına son qoyub, yeni sevgiyə qucaq açıb. Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Kim yeni sevgilisinin adını sirr kimi saxlayır. O, qatıldığı proqramlardan birində şəxsi həyatı barədə sualı belə cavablandırıb: “Dostlarım bir nəfərlə tanış olmağımı istəyirdilər. Nəhayət bu baş verdi. Sevgilim bütün standartlarıma uyğundur. Yalnız bu qədər […]

Şou-Biznes

Çelik Bakıya GƏLİR – VİDEO

"Sevenler anlar", "Hercai", "Meyhaneci", "Nazına ölüyorum" və s. bir çox məşhur mahnıların ifaçısı, türkiyəli müğənni və bəstəkar Çelik Erişçi Bakıya gəlir.  Lent.az xəbər verir ki, Çelik "EMKI Production"un təşkilatçılığı ilə iyunun 10-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. 20-dən çox albom müəllifi olan sənətçi bir-birindən gözəl musiqiləri ilə sevənlərinin qarşısında çıxış edəcək. Biletləri […]

Şou-Biznes

Karib dənizinin məşhur “piratı” öldü

“Karib dənizinin piratları” filmindən tamaşaçılara yaxşı tanış olan aktyor Serxio Kalderon vəfat edib. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktyor 77 yaşında Los- Anceles xəstəxanasında ölüb. O “Qara geyimli adamlar”, “Karib dənizin quldurları”, “Sonuncu reyd”, “Qisasçılar” filmi ilə tanınmışdı.