manset Siyasət

Əli Həsənov: Buna görə üzr istəyirəm – Video

Əgər sizin hakimiyyətlə bağlı probleminiz varsa, prezidentin köməkçisi kimi mən və digər 6-7 köməkçisi, yəni hər birimiz, sizin müvafiq problemlərinizi dinləməyə hazırıq. XəbərAl.az xəbər verir ki, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov dövlət televiziyasının efirində 19 oktyabr mitinqindən danışarkən deyib. O bildirib ki, 28 May meydanı ətrafında nəqliyyat vasitələrindən avtobuslardan, metrolardan gün […]

manset Siyasət

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 22-si və 23-də Xocavənd və Ağdam rayonları istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə XəbərAl.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər. […]

manset Siyasət

Milli Məclisin sədri Yaponiyaya səfərə getdi

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib. Parlamentin mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, Yaponiyanın indiki İmperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt […]

manset Siyasət

Zakir Həsənov Çində bir sıra görüşlər keçirdi – Foto

Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib. Bu barədə XəbərAl.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində Müdafiə naziri həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycan ilə Çin arasında […]

manset Siyasət

Pakistan ordusunun Baş Qərargah rəisi: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik”

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb. Səfirlikdən XəbərAl.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın silahlı qüvvələrinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığından, əlamətdar günlərdə yüksək səviyyəli heyətlə qarşılıqlı iştirakdan məmnunluq ifadə olunub. Eyni zamanda regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın […]

manset Siyasət

BMT rəsmisi Bakıya gəlir

BMT Baş Assambleyasının Prezidenti Tijani Məhəmməd-Bande oktyabrın 22-də Bakıda rəsmi səfərdə olacaq. Bu barədə APA-ya Assambleya Prezidentinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər Qoşulmama Hərəkatının (NAM) Dövlət və Hökumət Başçılarının Bakı Sammiti çərçivəsində baş tutacaq. Tijani Məhəmməd-Bande səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər ali hökumət rəsmiləri ilə görüşlər keçirəcək. Tijani Məhəmməd-Bandenin NAM sammiti […]

manset Siyasət

Prezident açıqladı: 4 minə yaxın köçkün ailəsi…

Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlər nəzərdə tutulur. XəbərAl.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib. İlham Əliyev işlərin artıq bir hissəsinin görüldüyünü bildirib: “Bu yaxınlarda “Qobu Park-2” yaşayış kompleksinin açılışını qeyd etdik. Bu […]

manset Siyasət

Malayziyanın Baş naziri Azərbaycana gələcək

Malayziyanın Baş naziri Mahathir Bin Mohamad Azərbaycana səfər edəcək. Bu barədə XəbərAl.az-a Malayziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. O, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə toplantısında iştirak edəcək. Malayziya nümayəndə heyətinin tərkibində həmçinin oktyabrın 23-24-də təşkilatın nazirlər görüşündə iştirak edəcək ölkənin xarici işlər naziri Sayfuddin Abdulla da yer alacaq.

manset Siyasət

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 18 oktyabr Milli Müstəqillik Günü münasibətilə təbrik edib. XəbərAl.az xəbər verir ki,o, bu barədə sosial şəbəkələrdə paylaşım edib. “Əziz həmvətənlər! Sizi Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm! Ölkəmizə davamlı inkişaf, yeni-yeni nailiyyətlər, sülh və firavanlıq arzulayıram” – M.Əliyeva qeyd edib.