Siyasət

Sərhəd təxribatının arxasında ABŞ və Avropa İttifaqı dayanır – RƏY + FOTO

“Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribat İrəvanın sülhə olan real münasibətini göstərir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun fikrincə, sərhəd təxribatı Ermənistanın sülhə sədaqətindən dəm vuran baş nazir Nikol Paşinyanın, əslində, gözə kül üfürməklə məşğul olduğunu göstərir: “Reallıqda isə Ermənistan 30 il davam etmiş işğal status-kvosunun bərpası üçün məqam gözləyir. Ermənistanın […]

Siyasət

İcma: “Jozep Borrel Azərbaycan və Ermənistan arasında gərginlik yaratmağa çalışır”

“Avropa İttifaqı (Aİ) nümayəndəsi bu cür açıq qərəz nümayiş etdirməklə Azərbaycan və Ermənistan arasında sülh perspektivlərində gərginlik yaratmağa çalışır”. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. “Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel 2024-cü il fevralın 13-də Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından sonra verdiyi bəyanatında öz ənənəsinə sadiq qalaraq bir […]

Siyasət

Rəsmi Bakıdan Jozep Borrelin iddialarına SƏRT CAVAB

“13 fevral tarixində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik”. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında yer alıb. “Ali nümayəndə Jozep Borrelin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, […]

Siyasət

ABŞ Ermənistan və Azərbaycana çağırış edib

“Biz itkilərlə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq”. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, gücdən istifadə danışıqlara xələl gətirir. “Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir. Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır. […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: Gorusda Azərbaycan kəndləri niyə boşaldılıb? – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsini, törətdiyi qəddarlıqların ümumi mənzərəsini əks etdirən Gorus rayonu haqqında süjet hazırlanıb. Oxu.Az xəbər verir ki, “İran və Türkiyədən köçürülən ermənilərin Gorus xəyalı” adlı süjetdə Azərbaycanın tarix boyu inzibati, coğrafi məkan kimi müxtəlif proseslərdən keçdiyi, Qafqaza köçürülən ermənilərin zaman-zaman məskən saldıqları […]

Siyasət

QARABAĞ XRONİKASI: Yeni terror yuvası olan Aşağı Hənd – VİDEO

“Qarabağ xronikası” verilişinin 133-cü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Ermənistan Silahlı Qüvvələrinin fevralın 12-də törətdiyi hərbi təxribatdan və Dövlət Sərhəd Xidməti (DSX) bölmələrinin keçirdiyi “Qisas əməliyyatı”ndan bəhs edib. O bildirib ki, erməni mətbuatının yaydığı xəbərə görə, Azərbaycan tərəfinin əməliyyatı nəticəsində 4 hərbi qulluqçu məhv edilib. Müxtəlif mənbələrə əsasən, 2-5 […]

Siyasət

Borrell: “Ermənistan tərəfinin Azərbaycan hərbçilərinə qarşı atəş açması təəssüf doğurur”

“Ermənistan tərəfinin Azərbaycan hərbçilərinə qarşı atəş açması təəssüf doğurur”. Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell mətbuat konfransında bildirib. O, Aİ ölkələrin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında uzunmüddətli sülhə sadiqliyini bir daha təsdiqləyib. Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən […]

Siyasət

Paşinyan: “Ermənistan MN Azərbaycanla sərhəddə təxribat yaratmamaq barədə əmr verib”

Ermənistan Respublikasının hərbi qulluqçuları Azərbaycanla sərhəddə eskalasiyaya səbəb olmamalı, təxribatlar yaratmamalıdırlar. Məlumata görə, ölkənin Müdafiə Nazirliyi (MN) müvafiq əmr verib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya parlamentinin İcmalar Palatasının üzvü Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyətinin nümayəndələri ilə görüşündə deyib. “Sizin səfəriniz Azərbaycanla sərhəddə yeni eskalasiya ilə üst-üstə düşdü. Hökumətimiz sülh prosesini davam […]

Siyasət

Rusiyada neokolonializmə dair beynəlxalq forum keçiriləcək

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində neokolonializmə dair beynəlxalq forum keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisindən məlumat yayıb. Bildirilib ki, Forumla əlaqədar Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərov fevralın 15-də Moskvaya […]