Siyasət

QARABAĞ XRONİKASI: Yeni terror yuvası olan Aşağı Hənd – VİDEO

Sharing is caring!


“Qarabağ xronikası” verilişinin 133-cü buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Ermənistan Silahlı Qüvvələrinin fevralın 12-də törətdiyi hərbi təxribatdan və Dövlət Sərhəd Xidməti (DSX) bölmələrinin keçirdiyi “Qisas əməliyyatı”ndan bəhs edib.

O bildirib ki, erməni mətbuatının yaydığı xəbərə görə, Azərbaycan tərəfinin əməliyyatı nəticəsində 4 hərbi qulluqçu məhv edilib. Müxtəlif mənbələrə əsasən, 2-5 arası yaralının olduğu da bildirilir.

Qeyd edilib ki, Avropa İttifaqı Azərbaycanı aqressor və işğalçı kimi qələmə vermək üçün bu cür təxribatlara əl atır: “Məqsəd özünü İrəvanın müdafiəçisi kimi göstərməklə Ermənistandakı müşahidə missiyasının mandatını uzatmaq, legitimləşdirmək və bu işdə beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaqdır.

Azərbaycanın cavab tədbirlərinə Rusiyanın neytral mövqeyini rəsmi Bakıya susqun dəstək kimi erməni ictimaiyyətinə “yedizdirib”, rəsmi Moskvanı siyasi nüfuzdan salmaq məqsədi güdür. Bu planın məqsədi isə Ermənistanın KTMT-dən uzaqlaşdırılması və Rusiya qoşunlarının bu ölkənin ərazisindən çıxarılmasıdır”.

Jurnalist həmçinin bildirib ki, texniki müşahidə vasitələri ilə qeydə alınan görüntülər əsasında Qafan rayonunun Aşağı Hənd kəndinin ətrafında, kəndin yerləşdiyi dərədə və ətrafdakı yüksəkliklərdə inşa edilən hərbi obyektlərin sayının ciddi şəkildə artdığı müəyyən olunub:

“40 tikilisi olan kəndi 73 hərbi post əhatə edir. Eyni mənzərə Tovuzqala rayonunun Çinarlı və Tovuzun Koxanəbi kəndləri arasındakı ərazilərdə də müşahidə edilir. Ermənistan burada 33 hərbi post inşa edib”.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir